Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TQDK-nın açıqladığı statistikaya deputatlardan — Münasibət
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > TQDK-nın açıqladığı statistikaya deputatlardan — Münasibət

TQDK-nın açıqladığı statistikaya deputatlardan — Münasibət


Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası qəbulla bağlı ictimaiyətdə birmənalı qarşılanmayan statistika açıqlayıb. Məlumata görə, bu günə qədər 11 mindən çox abituriyent ali məktəblərə sənəd verib, onların 10 mindən bir qədər artığı 0-200 arası bal toplayıb.

Ölkə.az millət vəkillərinin TQDK-nın nəticələri barədə fikirlərini öyrənib.

Millət vəkili Aydın Mirzəzadə Ölkə.az-a bildirib ki, bu göstərici əvvəlki illərin məzunlarının öz üzərlərində işləmədən nəyin bahasına olur-olsun tələbə olmaq istəyinin nəticəsidir:

"Hesab edirəm ki, burada hər hansı bir problem yoxdur. Əslində bu bir daha göstərir ki, TQDK hər il tələbə qəbulunu çox şəffaf aparır və biliyə obyektiv qiymət verir. Söhbət ümumən məzunlardan gedir. Bu statistik rəqəmlər keçən il və ondan əvvəlki illərdə məzun olmuş şəxslərin öz üzərlərində işləmədən, hazırlaşmadan yenidən ali məktəbə qəbul olunmaq istəyinin nəticəsidir. O şəxslərdirlər ki, keçən il qəbul imtahanlarında aşağı qimət alıblar. Hər kəsə yaxşı məlumdur, biliyi olmayan, üzərində işləməyən şəxs yuxarı nəticə göstərə bilməz. Orta məktəblərə qiymət verərkək məzun buraxılan il qəbulda göstərilən nəticələr götürülür. Mən bir neçə gün əvvəl iki gəncin nəticələri ilə tanış oldum, qürur hissi keçirdim. Onların keçən il ali məktəbə qəbul olunmaq imkanları olub. Lakin yığdıqları bal arzuladıqları ixtisasa cavab verməyib. Bu il hazırlaşaraq ən yüksək göstəricillər nümayiş etdiriblər".

Deputat Fərəc Quliyev isə həmkarından fərqli olaraq düşünür ki, bu statistika təhsil sahəsində ciddi islahatların başlaması üçün əsasdır:

"Eyni zamanda bu onu göstərir ki, məktəblərdə nəzəri baxımdan müəyyən problemlər var. Hesab edirəm ki, təhsilin səviyyəsini qaldırmaq lazımdır. Xüsusən "repetitor"lar təhsilimizə iki qat zərbədir. Ailələrin büdcələrinə pis təsir edən bu amil, eyni zamanda təhsilin inkişafına ciddi maneələr yaradır. Ölkədə təhsilin səviyəsini o həddə gətirmək lazımdır ki, şagirdlərin əlavə hazırlıq müəllimlərinə ehtiyacı olmasın. Bu göstərici islahalatları sürətləndirməyi tələb edir. Dərsliklər sahəsində də ciddi problemlər mövcuddur. Bununla bağlı mətbuatda da kifayət qədər arqumentlərə əsaslanan fikirlər səsləndirilib. Hesab edirəm ki, dərsliklərin vəziyəti ilə bağlı ciddi tədbirlər görülməldir".


Həsən ELBRUSOĞLU
Ölkə.az

Geri dön