Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səid Şirzadın qeyri-müəyyən hüquqi vəziyyəti bir ilə çatdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Səid Şirzadın qeyri-müəyyən hüquqi vəziyyəti bir ilə çatdı

Səid Şirzadın qeyri-müəyyən hüquqi vəziyyəti bir ilə çatdı


Uşaq haqları müdafiəçisi Səid Şirzadın saxlanmasından bir il keçsə də, o hələ də Rəcayişəhr zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Uşaq haqları müdafiəçisinin saxlanma müddətində onun vəkili məhbusun dosyesi ilə tanış olmaq üçün dəfələrlə müraciət edib, lakin bütün cəhdlərə baxmayaraq heç bir nəticə əldə edilməyib. S.Şirzad isə bu vəziyyətə etiraz olaraq iki dəfə məhkəmə iclasına qatılmaqdan imtina edib. Buna baxmayaraq hələ də vəkil S.Şirzadın dosyesini mütaliə edib və onunla görüşə bilməyib. O həmçinin etiraz əlaməti olaraq məhkəmənin son iclasını tərk edib.

Qeyd edək ki, S.Şirzad 2014-cü il iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.

Geri dön