Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda fəallar Azərbaycan musiqisinə görə məhkəmə qarşısına çıxarılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda fəallar Azərbaycan musiqisinə görə məhkəmə qarşısına çıxarılır

İranda fəallar Azərbaycan musiqisinə görə məhkəmə qarşısına çıxarılır


Məhkəmə heç bir səbəb göstərmədən prosesi iyunun 14-dək təxirə salıb



Bu ilin aprel ayında Astara (İran) şəhərində Azərbaycan musiqisi ifa etmək ittihamı ilə saxlanılan güneyli fəalların məhkəmə iclası təxirə salınıb. Təbriz və Sərab sakinləri olan Məhəmməd İskəndərzadə, Salar Turi və Səhənd Məali iyunun ikisi Astara məhkəməsində iclasa qatılsalar da, hakim səbəb göstərmədən prosesi iyunun 14-ə keçirib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, 2 apreldə (13 Fərvərdin Təbiət Günü) bir sıra milli fəal və insan haqları müdafiəçiləri Xəzər Dənizi sahilinə (Astara şəhərinə) səfər ediblər. Ailəvi səfərdə olan fəallar sahildə dinc şəkildə Azərbaycan tar və nağara musiqisi ilə xalq mahnıları oxuyaraq milli rəqslərlə şənlik ediblər.

Sahildə olan digər insanlar da maraqla azərbaycanlı gəncləri alqışlamağa başlayıb. İnsanların əylənməsindən narahat olan İran polis qüvvələri gənclərdən dərhal Azərbaycan musiqisini dayanmasını tələb edib. Amma polisin tələbinə hiddətli reaksiya verən fəalların etirazına baxmayarq, polis Azərbaycan musiqisinin səslənməsinə icazə verməyib və insident yaşanıb. Gərginliyi azaltmaq üçün adı çəkilən fəallar konüllü olaraq polis idarəsinə gediblər.

“Məsələyə aydınlıq gətirmək üçün polis idarəsinə gedən fəallar gözlənilmədən 2 gün polis nəzarətində saxlandıqdan sonra məhkəməyə çıxarılıb. Fəallar Astara məhkəməsində “ictimai asayişi pozmaq və rəqs etmək”də ittiham olublar. Fəallar daha sonra zaminə buraxılıb,” deyə fəallardan biri Amerikanın Səsinə bildirib.

İyunun ikisində məhkəmənin təxirə salınmasına baxmayaraq fəallar öz müdafiə qətnamələrini məhkəməyə təqdim ediblər. Onlar bildirib ki, etiraz olaraq təxirə salınmış məhkəmədə iştirak etməyəcəklər.

Geri dön