Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dəmir yolu nəqliyyatında sərnişinlərə xidmət üçün “qaynar xətt” yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Dəmir yolu nəqliyyatında sərnişinlərə xidmət üçün “qaynar xətt” yaradılıb

Dəmir yolu nəqliyyatında sərnişinlərə xidmət üçün “qaynar xətt” yaradılıb


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “qaynar xətt” xidməti yaradılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, dəmir yolu nəqliyyatında sərnişinlərə və digər hüquqi şəxslərə göstərilən xidmətin səviyyəsinin müasir standartlara çatdırılması məqsədilə daxil olan müraciət və sorğuların qəbulu, operativ cavablandırılması üçün “qaynar xətt” xidməti yaradılıb.

"Qaynar xətti" xidmətinin nömrəsi 1822-dir.

Yığım qaydası aşağıdakı kimidir:

Bakı şəhərinin sabit telefon şəbəkəsi abunəçiləri və mobil telefon abunəçiləri üçün “1822”, bölgədəki sabit telefon şəbəkəsi abunəçiləri üçün isə “012 1822” yığılmalıdır.

Geri dön