Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millətimiz Azərbaycan Mədəniyyət və Ədəbiyyat Mərkəzi barəsində nələr düşünür?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Millətimiz Azərbaycan Mədəniyyət və Ədəbiyyat Mərkəzi barəsində nələr düşünür?

Millətimiz Azərbaycan Mədəniyyət və Ədəbiyyat Mərkəzi barəsində nələr düşünür?


Davam.az GünAz TV-nin apardığı soröunu təqdim edir:


İran prezidenti Həsən Ruhani seçki öncəsi təbliğat-təşviqat dönəmi Azərbaycan türklərinə bir çox vəd verdi. O vədlər arasında “türk dili və ədəbiyyatı mədəniyyət evi”nin yaradılması məsələsi var idi. Lakin H.Ruhani prezident olduqdan sonra verdiyi vədlərin üzərində durmadı və verdiyi sözləri yerinə gətirmədi. O keçən günlərdə Təbrizə etdiyi səfərdə əhalinin ciddi etirazı ilə qarşılandı və soydaşlarımız ona verdiyi vədləri xatırlatdılar. Ruhani isə bu etirazlara başqa bir saxtakarlıqla cavab verdi. Xəbər verdiyimiz kimi o “türk dili və ədəbiyyatı mədəniyyət evi” deyil “Azərbaycan mədəniyyət və ədəbiyyat mərkəzi” yaratdı. Hansı ki, yaradılan mərkəz onun verdiyi vədə heç bir şəkildə uyğun gəlmir və bu mərkəz əslində fars şovinizminin hədəfləri uğrunda işləyəcək və onun fəaliyyəti Azərbaycan türkcəsini unutdurmağa və etibarsız etməyə yönəlib. Bu barədə keçmiş xəbərlərimizdə geniş məlumat yaymışıq.
Mövzu ilə bağlı GünAz TV müxbiri əhali arasında soydaşlarımızla söhbət edib və onların fikrini öyrənməyə çalışıb.

Təbrizli soydaşımız: Biz türk dili mədəniyyət evinin yaradılmasını istəyirik. Məsullar isə buna bölücülük deyir. Bir əsrə yaxındır fars dili mədəniyyət evi bizim pulumuzla fəaliyyət göstərir, demək məsulların baxışına görə onlar da bölücüdürlər!

Marağalı soydaşımız: Bu mərkəz əslində fars dili mədəniyyət evinin bir şöbəsidir və onun əsas fəaliyyəti türk dilini məhv etməkdir.

Zəncanlı soydaşımız: Türk dili mədəniyyət evinin yaradılması üçün məsulların məsələyə baxışı dəyişməlidir. Onlar xoş niyyətlərini göstərmək üçün azərbaycanlı məhbusları azad etməlidirlər. Mən çox təəccüblənirəm, ana dilini sevənlər həbsxanalardadır və belə bir vəziyyətdə cənablar bizə mədəniyyət mərkəzi açırlar!

Və ... .

GünAz TV müxbirinin sözlərinə görə, yaradılan “Azərbaycan mədəniyyət və ədəbiyyat mərkəzi” ilə bağlı yüzlərlə soydaşımızla söhbət edilib və təxminən oxşar fikirlər eşidilib. Bu isə onu göstərir ki, fars şovinizmi bu aldadıcı mərkəzi yaratmaqda öz hədəfinə çata bilməyəcək.

Geri dön