Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elçin Hatəmi: -Güneylilərin Türkiyədə siyasi-ictimai həyata inteqrasiyası asan deyil (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Elçin Hatəmi: -Güneylilərin Türkiyədə siyasi-ictimai həyata inteqrasiyası asan deyil (video)

Elçin Hatəmi: -Güneylilərin Türkiyədə siyasi-ictimai həyata inteqrasiyası asan deyil (video)


Davam.az güneyli milli-mədəni fəal Elçin Hatəminin Amerikanın Səsinə verdiyi müsahibəni təqdim edir:


Türkiyə İranda təqiblərdən qaçan güneyli fəalların ilk sığınacağı hesab edilir və hər il ölkəyə yüzlərlə insan pənah gətirir. Güneyli fəalların Türkiyənin siyasi-ictimai həyatına inteqrasiyası necə gedir? Eskişəhərdə yaşayan güneyli fəal Elçin Hatəmi Amerikanın Səsinə müsahibədə İran Azərbaycanlılarının Türkiyədə durumu və güneyliləri narahat edən problemlərdən danışıb.

Elçin Hatəminin sözlərinə görə, Türkiyədə yaşayan güneyli fəalların çoxunun statusu olmadığı üçün onlar ölkədə mühüm parlament seçkilərində iştirak edə bilmir: “Siyasi fəallar orada hakimiyyətin siyasi basqılarına görə ölkəni tərk edərək Türkiyədə mühacir həyatı yaşamaq məcburiyyətində qalır. Burada olan bir çox güneyli siyasi fəalların vətəndaşlıq hüququ yoxdur və onlar səsvermə hüququna malik deyillər. Bir çox qurum və qurumların üzvləri və fəallar seçkilərə müsbət yanaşır və Türkiydə şəffaf və demokratik seçkinin keçirilməsinin tərəfdarıdır."

Elçin Hatəmi güney azərbaycanlıların sayının çox olmadığı üçün onların seçkinin nəticələrinə hər hansı bir şəkildə təsir edə bilmək qabiliyyətinə malik olmadığını deyib.

Türkiyədə İran Azərbaycanlılarının durumuna diqqət məsələsinə gəldikdə Elçin Hatəmi bildirib ki, bu, güneyli fəalların yerli media ilə işi, onların fəaliyyətinin səviyyəsi ilə bağlıdır. “Bu fəallar və qurumlar Türkiyə mediası və türk xalqı ilə nə qədər sıx əlaqə yaratsa, Türkiyədə Güney Azərbaycanı məsələsini daha yaxşı tanıda bilərik.”

​Güneyli fəalların Türkiyə cəmiyyətinə inteqrasiyasından danışan Elçin Hatəmi İran Azərbaycanından gələn fəalların əsas hissəsinin Türkiyədə qaçqın olduğunu və çox vaxt başqa ölkəyə getməzdən əvvəl Türkiyədə müvəqqəti sığınacaq tapdığını qeyd edib:”Burada başqa qaçqınlar da daxil olmaqla həyat şəraiti o qədər yaxşı deyil. İş icazəsi yoxdur, sığorta ilə təmin olunmamışıq, yalnız tibbi sığorta var. Üçüncü ölkəyə gedənə qədər insanların bu problemləri davam edir.

Elçin Hatəmi Türkiyədəki siyasi fəalların İran Azərbaycanı ilə bağlı məlumatları izləyib sosial mediada aktiv olduqlarını qeyd edib.

O, güneyli milli fəallara qarşı təqib kampaniyasının davam ediyini bildirərək Ruhani dövründən sonra basqılar gücləndiyini deyib.

Müsahibənin videosuna aşağıdakı linkdən baxa bilərsiniz:

[media=http://www.amerikaninsesi.org/content/elchin-hatemi/2807860.html]

Geri dön