Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Traxtur Klubunun müdir-amili: -Elə etməyin ki, Traxtur Klubunun şikayəti İrandan xaricə çıxsın...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Traxtur Klubunun müdir-amili: -Elə etməyin ki, Traxtur Klubunun şikayəti İrandan xaricə çıxsın...

Traxtur Klubunun müdir-amili: -Elə etməyin ki, Traxtur Klubunun şikayəti İrandan xaricə çıxsın...


Mayın 15-də (ordibeheştin 25-də) Təbrizdə bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” takımı arasında keçirilən qalmaqallı futbol müsabiqəsi məsələsi hələ də öz həllini tapmayıb. Müsabiqədə Futbol Federasyonu tərəfindən “Traxtur”un baş məşqçisi və oyunçularına ötürülən yalan məlumat və hakim (davər) Əlirza Fəğaninin “Traxtur”a qarşı qərəzli qərarları bu komandanı çempionluqdan məhrum etdi. Həmin gündən bəri Azərbaycan əhalisi ilə yanaşı bir çox yerli məsul və millət vəkilləri bu vəziyyətə etiraz edib və baş verən hadisələrin araşdırılması və qanunu pozanların cəzalandırılmasını istəyiblər, lakin bu günə qədər heç bir nəticə əldə olunmayıb.
“Təsnim”in yaydığı məlumatda bildirilir: “Traxtur” klubunun müdir-amili Futbol federasyonu və İdman (vərziş) və Gənclər Nazirliyinə göndərilən ərizələrlə bağlı bildirib ki, “bu günə qədər nə yazılı şəkildə və nə də şifahi şəkildə bizə heç bir cavab verilməyib. Bu barədə Mehdi Tac, Əli Kəffaşiyan və millət vəkilləri vasitəsi ilə Mahmud Qudərzi ilə söhbət edilib. Şəhram Dəbiri (Futbol Federasyonu idarə heyətinin üzvü) ilə telefonda söhbət edilib. O bildirib ki, “hazırda prezidentə göndərmək üçün bir ərizə hazırlanır”. Lakin bütün bunlara baxmayaraq bu günə qədər bizə cavab verən olmayıb.”

Səid Abbasi əlavə edib ki, “artıq nə etməli olduğumuzu bilmirik! Dostlar aqil olsunlar və icazə verməsinlər ki, bizim şikayətimiz İrandan xaricə çıxsın. Bəziləri siyasi mövqe sərgiləyir, bu isə idman mahiyyətinə uyğun deyil. Mən bundan narahatam ki, nəyə görə hakim (Əlirza Fəğani) bu qədər dəstəklənir?! Əgər biz hakimə etiraz edə bilməsək və yalnışlıqlara yetirilməsə, onda bunun mənası odur ki, hakimlikdə diktatorluğa şahid olacayıq... .”

Geri dön