Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat, DAVAMın yazıları > Düşmənlə onun öz meydanında, öz dilində danışmaq!
Düşmənlə onun öz meydanında, öz dilində danışmaq! |
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov
İki gün öncə Beynəlxalq Mətbuat Məkəzində Birinci Avropa Oyunlarına dəstək Koalisiya şurasının toplantısı keçirildi. Gündəlikdə olan məsələ Avropa Şurasının insan haqları komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forst ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviçin təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək, Azərbaycana qarşı Avropa Oyunları ərəfəsində təxribat xarakterli yazıya münasibət bildirməkdən ibarət idi. Koalisiyanın toplantısında bu məsələ çox geniş müzakirə olundu və sonda ciddi bir sənəd – bəyannamə qəbul edildi. Bu gün Azərbaycan cəmiyyətinin Avropa oyunları ərəfəsində Koalisiyada birləşərək bir araya gəlməsi “güc birlikdədir” prinsipinin təbliğat maşınımızın əsas aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılmış ilk ciddi addımdır. Bu addımın müəllifləri alqışa layiq iş gördülər. Bu təbii ki, başlanğıcdır. Çox keçməz ki, bizə qarşı hər məsələdə ikili standartlardan çıxış edənlər, qarayaxma kampaniyası aparanlar Azərbaycanda əsl vətəndaş cəmiyyətinin kimlərdən ibarət olduğunu görəcəklər. Onlar gözlərini açıb görəcəklər ki, Azərbaycanda vətəndaş cəmiyyəti təkcə onların sifarişi ilə Azərbaycan cəmiyyətini qarışdırmağa cəhd edən Leyla, Arif Yunuslardan, Xədicə İsmayıllardan və sairə bu qəbildən olanlardan ibarət deyil. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətini təmsil edən, vətənini, dövlətini, millətini ürəkdən sevən və onlara ürəkdən xidmət etmək istəyən yüzlərlə təşkilatlar və bu təşkilatlarda təmsil olunan yüz minlərlə insanlar var. Bu gün Azərbaycanda əsl vətəndaş cəmiyyətinin yenicə bir araya gəlməsi dönəmində vətənimizə qarşı tətbiq edilən ikili standartların və aparılan qarayaxma kampaniyasının qərbin düşündüyü nəticəni deyil, bizim istədiyimiz nəticəni verməsi bizim qələbəmiz və bizim uğurumuzdur. Qərb indi görsün ki, onların bizə qarşı tətbiq etdikləri ikili standartlar və apardıqları qarayaxma kampaniyası sonda Azərbaycan cəmiyyətini sözün əsl mənasında bir araya gətirdi və bu haqsızlıqlara qarşı mübarizə yolunda onları bir yumruq kimi birləşdirdi. Bu gün artıq bu birləşmiş qüvvə çox yaxşı dərk edir ki, Muziniekslər, Forstlar, Mijatoviçlər təmsil etdikləri təşkilatların statusundan sui istifadə etməyiblər, onlar sadəcə olaraq öz “sahiblərinin” tapşırığını terinə yetiriblər. Biz isə bir millət və bir dövlət olaraq Azərbaycanın tarixində ilk dəfə keçirilən belə böyük bir idman tədbiri ərəfəsində bir araya gəlib, onların və onlardan əvvəl bu cürə sərsəmləmələrə yol verənlərin cavabını layiqincə verdik. Artıq hamıya bəllidir ki, biz qərbin Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını alt-üst etdik və bu mübarizədən qalib çıxdıq. Bunu onlar da artıq etiraf etmək zorunda qalıblar. Bircə fakt hər şeyin deyilən kimi olduğunun möhürünü vurur. Əgər əvvəlcə Birinci Avropa oyunlarının açılış mərasiminə 20 dövlətin başçısının iştirakı gözlənilirdisə bu gün artıq hər kəsə bəllidir ki, bu törəndə 30 dövlətin başçısı iştirak edəcəkdir. Bu bizim qərbin Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlara və I Avropa Oyunları ərəfəsində apardığı qarayaxma kompaniyasına birinci silləmizdir. Qərbin I Avropa oyunları ərəfəsində bu qədər aktivləşməsi yarışlar ərəfəsində və yarışlar keçirilən günlərdə “yaranacaq hər hansı bir fürsətdən” maksimum yararlanmağa köklənmişdi. Biz əməlimizlə onların istəyini gözlərində qoya bildik. Ancaq bir həqiqəti unutmamalıyıq: Azərbaycan iqtisadi cəhətdən gücləndikcə, dünya siyasət meydanında çəkisi artdıqca, bu təxribatlar da paralel artacaq və güclənəcəkdir. Bu səbəbdən bu gün I Avropa Oyunları ərəfəsində bu Oyunlara dəstək formasında yaradılmış Koalisiya daha da genişlənməli və sözün həqiqi mənasında Azərbaycanda vətəndaş cəmiyyətini bütövlükdə təmsil edə biləcək və yumruq şəklində birləşmiş bir qüvvəyə çevrilməlidir. Bu çox vacibdir. Çünkü Azərbaycana qarşı tətbiq edilən ikili standartlar Azərbaycanın ən ağrılı yeri olan Qarabağ məsələsindən başlamış demək olar ki, bütün sahələri əhatə edir. Qərbin başlıca məqsədi bu gün Azərbaycanı dünyada apardığı müstəqil siyasətdən çəkindirmək və onu mümkün qədər “öz təsir dairəsində” saxlamaqdan ibarətdir. Qərbin Azərbaycanada görmək istədiyi “demokratiyasının” mahiyyəti bundan ibarətdir. Bütün bunlar bizə bir daha göstərdi ki, qərbin sərhədlərindən kənarda mövcud ola biləcək demokratiya onun maraqlarıdır və onun üçün bu maraqlardan müqəddəs heç nə yoxdur. Onlar özlərinə rəva bilmədiklərini bizdən tələb edirlər. Bu artıq həyasızlığın kulminasiyasıdır! Onlar öz maraqlarını Azərbaycan kimi yenicə müstəqilliyə qədəm qoymuş və müstəqil siyasət aparmaq istəyən ölkələrdə “demokratiya” “insan haqları”, “söz azadlılğı” və sairə kimi paslanmış metodlarla reallaşdırmaq istəyindədirlər. Bu istəyi isə Azərbaycan daxilindəki, sapı bizdən olan missionerləri - beşinci kalon üzvləri vasitəsilə həyata keçirmək arzusundadırlar. Bir araya gələn vətəndaş cəmiyyəti bunun qarşısını tam almaq iqtidarındadır. Bü gün artıq o zaman gəlib çatıb ki, biz təkcə öz haqqımızı müdafiə etməklə kifayətlənməməliyik. Həmişə müdafiədə dayanmaq oyunu uduzmaq şanslarını artırar. Bizə qarşı haqsızlıq edən Qərb dairələrinin cavabını onların öz dilində və onların öz meydanlarında verməliyik... Hər qarayaxmalarına, hər bir haqsızlıqlarına qarşı mübarizəni elə təşkil etməliyik ki, onları bütün dünyada və ilk növbədə elə onların öz vətənlərində ifşa edə bilək. Haqsızlıqdan müdafiə yolumuzu haqsızlıq edənlərə hücum yolu ilə əvəzləmək zamanı çatıb! Bunun üçün biz informasiya mübarizəsini yeni müstəviyə qaldırmalıyıq... Bax onda bütün dünya kimin haqlı, kimin haqsız olduğunu aydın görəcək... Bu isə az iş deyil! Geri dön |