Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda abadlıq işlərinə ayrılan büdcə 6.5 faiz azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda abadlıq işlərinə ayrılan büdcə 6.5 faiz azalıb

Şərqi Azərbaycanda abadlıq işlərinə ayrılan büdcə 6.5 faiz azalıb


Azərbaycan vilayətlərində müxtəlif sahələrdə büdcə problemi getdikcə dərinləşir.
Son məlumata görə, Şərqi Azərbaycan Planlaşdırma və Müdiriyyət Təşkilatının sədr müavini bu vilayətin abadlaşdırma işlərinə ayrılan büdcənin ötən ilə nisbətən 6.5 faiz azaldığı barədə məlumat verib.
Fruğ-ol Sadat Sədri Təbriz şəhəri planlaşdırma şurasının birinci iclasında bildirib ki, “Abadlıq işlərinə ayrılan büdcə 6.5 faiz azalıb, lakin mülkiyyət və idarə işlərinin büdcəsi 17 faiz artıb”.
Sədrinin sözlərinə görə, Şərqi Azərbaycan vilayətinin xərc büdcəsində 8.3 faiz artım var.
Şərqi Azərbaycan Planlaşdırma və Müdiriyyət Təşkilatının sədr müavini vurğulayıb ki, cari ildə büdcə paylaşımının əsas meyarı yarımçıq qalan projelərin tamamlanmasıdır. Çalışılıb ki, bu ilin sonuna qədər tamamlana biləcək projelərə üstünlük verilib.”

Geri dön