Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiya Gölü ilə bağlı ziddiyyətli açıqlamalar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiya Gölü ilə bağlı ziddiyyətli açıqlamalar

Urmiya Gölü ilə bağlı ziddiyyətli açıqlamalar


İranın aparıcı qəzetlərindən biri olan "Həmşəhri" Urmiyə gölü ilə bağlı Ekologiya Təşkilatı məsullarının sözləri bir-biri ilə tutmur” başlıqlı yazısında bəzi rəsmilrin ümidverici xəbərlər verdiyi halda, bəzilərinin böhranın daha dərinləşdirdiyinə dair ifadələrinə diqqət çəkib.
Qəzetin yazdığına görə, prezidentin müavini və İran Ekologiya Təşkilatının başqanı Məsumə İbtikar toz zərrələri problemində müəyyən inkişaf əldə edildiyi üçün gölün durumunun əvvəlki vaxtla müqayisədə daha yaxşı olduğunu və şəraitin umudverici olduğunu irəli sürüb. Lakin təşkilatın Qərbi Azərbaycan şöbəsi ekspertlərinin təsvir etdiyi durum bundan tamamilə fərqlidir.
Həmşəhri İRNA agentliyinin reportajına istinadən Qərbi Azərbaycan Ekologiya İdarəsinin məsullarından Hüccət Cabbarinin Urmiyə gölünün yaxın şərqdə önəmli “toz dumanları” mərkəzlərindən birinə çevriləcəyi təhlükəsinə dair ifadələrinə yer verib.
İran xəbər agentlikləri həmçinin Urmiyə Gölü ətrafında tənəffüs orqanları xəstəliklərinin yayılma ehtimalından yazır.
Güneyli fəallar, eləcə də Təbriz və Urmiyə kimi şəhərlərin əhalisi müxtəlif tədbirlərdə İran prezidenti Həsən Ruhaninin Urmiyə Gölünü canlandıracağına dair verdiyi sözlərə əməl etməməsinə etiraz bildiriblər.
May ayının 20-də Şərqi Azərbaycana səfər edən prezident Ruhani “qırmızı kartlar” və türk dilində səsləndirdikləri şüarlarla ona Urmiyə Gölü və “Türk Dil Qurumu” ilə bağlı vədlərini xatırladan etirazçılarla qarşılaşmışdı.

Geri dön