Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilərin, PKK-nın və Gülənin sevimlisi Aydın Doğan həbs təhlükəsi ilə üz-üzə - Jurnalist sensasion sənədlər üzə çıxardı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Ermənilərin, PKK-nın və Gülənin sevimlisi Aydın Doğan həbs təhlükəsi ilə üz-üzə - Jurnalist sensasion sənədlər üzə çıxardı

Ermənilərin, PKK-nın və Gülənin sevimlisi Aydın Doğan həbs təhlükəsi ilə üz-üzə - Jurnalist sensasion sənədlər üzə çıxardı


Türkiyənin “Star” qəzetinin köşə yazarı bu günki yazısında Cem Küçük Mediaholdinq rəhbəri , Türkiyə və Azərbaycana qarşı mənfi mövqeyi ilə tanınan Aydın Doğanın həbsinə səbəb olacaq sənədlərin olduğunu iddia edib.

Avropa.info Cem Küçükün həmin yazısını təqdim edir:

“7 iyun 2015-ci ildə yazdığım “Ya Aydın Doğan ya Rəcəb Tayyib Ərdoğan qazanacaq” başlıqlı köşə yazımı yəqin xatırlayarsınız. Açıq danışaq, 7 iyun parlament seçkisini Aydın Doğan qazanmışdır. Deyəcəksiniz ki, AKP 41% alıb birinci partiya olmadımı? Bəli, amma son nəticədə Aydın Doğan hədəfinə çatmışdır. Doğan bütün gücü ilə PKK-nın siyasi qolu HDP-nin baryeri keçməsini istədi və bunu bacardı. AKP-nin təkbaşına hökumət qurmaq haqqını əlindən aldı. Uzun müddətdir siyasi əməliyyat keçirmək qabiliyyətini itirmiş Aydın Doğan bu dəfə çox uğurlu əməliyyat keçirdi. AKP-nin deputat sayını 276-dan aşağı saldı.

7 iyun seçkisinin nəticələrini Aydın Doğan faktorundan kənar təhlil edən jurnalistlər və köşə yazarları oxucunu aldadırlar. Əgər gerçək bir jurnalistsinizsə, 7 iyun nəticələrində Aydın Doğan faktorunu da diqqətə alacaqsınız.

Aydın Doğan “Hürriyyət” qəzeti və CNN başda olmaqla, sahibi olduğu bütün mətbuatı HDP-nin üzünü ağ eləmək üçün istifadə etdi. Xüsusilə, Səlahəddin Dəmirtaşı sekulyar türklərin gözündə legitimləşdirmək üçün əlindən gələn hər şeyi etdi. CNN Türk sanki SeloTV kanalına çevrildi. Aydın Doğanın sabiq adamlarından Yılmaz Özdil 30 illik karyerasında bu səviyyədə imic cilalama layihəsini görmədiyini yazdı. Aydın Doğan və beyin mərkəzi buna istiqamətlənmişdi. Bu layihəni Əhməd Hakan başda olmaqla, CNN Türk kanalında tətbiq etdilər və bacardılar. Əgər HDP İstanbulda üçüncü partiya kimi ortaya çıxırsa, bu tamamilə Aydın Doğanın xidmətidir.
Doğan mediası sekulyar türklərin başını istədiyi kimi formatlamaq xüsusiyyətinə malikdir. Özünü çox intellektual və ağıllı sayan sekulyar, şəhərli, təhsilli türklər əslində Aydın Doğan necə düşünmələrini istəyirlərsə, elə düşünən insanlardır.

Aydın Doğan sekulyar təbəqə arasında çox böyük təsiri olan adamdır. Belə ki, minlərlə Türk əsgərini şəhid edən PKK-nın siyasi qolu HDP-nin 6 milyon səs yığmasında Doğanın rolu böyükdür. Təbii, əvvəlki seçkilərdə AKP-ə, amma bu seçkidə HDP-ə səs verənləri də yaddan çıxarmamaq lazımdır.
Aydın Doğanın bir tərəfdən Ərtoğrul Özkök və Zəfər Mutlu kimi çoxbilmiş beyinə sahib adamları var. Bu adamlar Doğanın birinci halqasıdır. Doğan qızlarından əvvəl bu adamların sözünü dinləyər. Aydın Doğanın ikinci halqası Özkök və Mutlu qədər olmasa da, bəlli bir zəkaya sahib və əmir alan kimi yerinə yetirən Sedat Ergin, Mehmet Yılmaz, Əhməd Hakan kimi adamlardır. Sedat Ergin mətbuat müdiri kimi görünə bilər, amma Aydın Doğan heç bir zaman Erginin beyninə verdiyi dəyəri Özkök və Mutluya verməz. Xüsusilə bu aralar gözə dəyməyən Zəfər Mutlunun bu uğurlu əməliyyatda rolu qeyd olunmalıdır. Bu adam Ərtuğrul Özkökdən 10 dəfə ağıllı biri kimi qiymətləndirilir.

Yəqin bilərsiniz, Zəfər Mutlu həmyerlisi Kılıçdaroğlunu CHP-ə sədr gətirən adamdır. Əgər Zəfər Mutlu olmasaydı, Kılıçdaroğlu adlı adam bu gün yox idi. “Vətən” qəzeti Mutlunun əlində olduğu vaxtlarda aztirajlı olmasına baxmayaraq, məqalələri sayəsində böyük əməliyyatlar həyata keçirib, kəllələr qopara bilirdi.

Digər tərəfdən, Aydın Doğan başa düşdüyüm qədər Əhməd Hakanın dişi versiyası Aslı Aydıntaşbaşı araqarışdıran roluna gətirmək istəyir. Aslının sağa sola “Aydın bəy məni “Hürriyət” qəzetinə işə götürəcək. Söz verdi. O səbəbdən “Milliyət” qəzeti ilə əlaqəmi qəsdən kəsdim” – deyə danışması boş yerə olmaya bilər.

Bundan əlavə Aydın Doğanın ətrafındakı halqalardan başqa qiymət verdiyi məhdud zəkalı araqarışdıran komandası var. Məsələn, bunlardan biri olan Dəniz Zeyrek CNN Türk kanalına çıxıb “Üç partiya birləşib prezident Ərdoğanı bir qanunla Beştəpədəki sarayından çölə atsın” demişdi. Daha az zəkaya malik komandanın üzvü olan televiziya aparıcısı Mirgün Cabas isə Zeyrəkin bu sözlərinə dəstək verərək intiqam hissləri ilə gülümsəmişdi. Cabasa görə başı daha çox işləyən Ərtorğul Özkökün dediyi kimi “əbləhliyin bir az üzərində bir beyinə sahib” Cüneyt Özdəmir prezident Ərdoğanın həbs edilməsi məsələsini davamlı olaraq kin və nifrətlə tirajlayır.
Aydın Doğan, bizim inancımızda “qisasa qisas” deyilən bir şey vardır! AKP 41% səs aldı deyə, bütün siyasi tarazlıqların ortadan qalxdığını zənn etmə. Adamların bu cür çirkli şəkildə bizi vurarsa, biz də eyni şəkildə qarşılıq verərik.


“Hürriyət” qəzetinin İzmirdəki torpağını 7,5 milyon dollara satıb, sonra KAP-a (İctimaiyyəti Məlumatlandırma Platforması) 5,5 milyon dollara bildirib, 2 milyon dollarını da çamadanla təhvil alan sənsən Aydın Doğan. Bu çox ağır bir cinayətdir. Bu sənədlər istər CHP-li, istərsə də MHP-li bir hakimin əlinə keçsə, bütün hallarda həbsxananın yolu sənə görünəcək. Səni siyasət də qurtara bilməz. Sənə öz əli ilə 2 milyon dolları gətirən İzmirli biznesmen görüntülərlə bərabər məhkəməyə gedib hər şeyi etiraf edərsə, o zaman görərsən. Bu oyun hələ bitməyib”.

Avropa.info olaraq qeyd edək ki, Aydın Doğan Azərbaycana da qarşı mənfi mövqeyi ilə tanınır. Onun rəhbərlik etdiyi media orqanları Türkiyənin Ermənistanla sərhədlərinin açılmasını hər zaman tələb edir.

Geri dön