Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Traxtur-Neft müsabiqəsi ilə bağlı Faktaraşdırıcı komitənin araşdırmalarının nəticəsi açıqlandı
Traxtur-Neft müsabiqəsi ilə bağlı Faktaraşdırıcı komitənin araşdırmalarının nəticəsi açıqlandı |
Mayın 15-də (ordibeheştin 25-də) Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” takımı arasında keçirilən qalmaqallı futbol müsabiqəsində baş verən hadisələr azərbaycanlıların kütləvi etirazına səbəb oldu. Bu etirazlara bir çox yerli məsul və millət vəkilləri də qoşuldu. Bundan sonra hadisə Faktaraşdırıcı Komitə tərəfindən araşdırıldı və nəticə elan olundu. Lakin bir çox soydaşımız bu nəticə ilə razılaşmır və bunun yetərsiz olduğunu düşünürlər.
Futbol Federasyonu İdman (vərziş) və Gənclər Nazirliyinə məktub yazaraq araşdırmanın nəticəsi və verilən qərarları açıqlayıb: 1- Hakimlər departamenti rəisinin işdən çıxarılması 2- Hakimin (Əlirza Fəğani) yeni bildiriyə qədər hakimlikdən məhrum edilməsi 3- Liqa Təşkilatının müsabiqəyə nəzarətçisinin vəzifəsindən məhrum edilməsi 4- Liqa Təşkilatında müsabiqənin keçirilmə məsuluna xəbərdarlıq və yazılı töhmət (tobix) 5- Liqa Təşkilatının ictimaiyyətlə əlaqə şöbəsinin məsuluna xəbərdarlıq və yazılı töhmət 6- Reportyorun yeni bildiriyə qədər vəzifəsindən məhrum edilməsi 7- Müsabiqənin keçirildiyi zaman bir sıra problemlərin yaşanması, reportyora düzgün nəzarət olmaması, eyni zamanda gedən müsabiqə ilə bağlı yalnış məlumatın yayılması və s. görə Təbrizin futbol heyətinə yazılı xəbərdarlıq və töhmət 8- “Traxtur” klubunun məsullarına bu işlər tövsiyyə olunur: Klubun mətbuat müdiri və baş məşqçi yardımçısının cərimələnib və məhrum edilməsi və həmçinin “Traxtur” klubunun idarəçilik işlərinin gözdən keçirilıməsi. 9- Stadionda bulunan polis qüvvələrindən böhranı idarə etdiklərinə görə təşəkkür olunaraq Şərqi Azərbaycanın Təmin Şurasına məktub göndərildi. Məktubda hadisənin təfərrüatı qeyd olunaraq istənildi ki, gələcəkdə bu vilayətdə belə bir hadisə baş verməsin. Xatırladaq ki, İran üzrə futbol klublarının super liqa rəqabətlərinin sonuncu həftəsi müsabiqəsində Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” komandası qarşılaşdı. Mayın 15-də (ordibeheştin 25-də) baş tutan müsabiqədə “Traxtur” super liqanın çempionu olmasın deyə Futbol Federasyonu tərəfindən “Traxtur”un baş məşqçisi və oyunçulara yalan məlumat ötürüldü. Məlumatda bildirilib ki, guya “Sepahan”la “Saypa” oyunu 2:2-dir və nəticə etirabı ilə “Traxtur” çempiondur. Müsabiqənin son dəqiqələrində yayılan yalan məlumatdan sonra “Traxtur”un baş məşqçisinin göstərişi ilə oyunçular hücumu dayandırıb və müdafiəyə keçdilər. Bu arada stadionda internet və mobil telefonları da kəsilib. O üzdən kimsə “Sepahan-Saypa” müsabiqəsi barədə doğru məlumat ala bilməyib. Müsabiqə bitdikdən sonra elan olunub ki, İsfahanda keçirilən “Sepahan-Saypa” müsabiqəsi deyilən kimi 2:2 deyil, 2:0 hesabı ilə “Sepahan”ın xeyirinə yekunlaşıb və nəticə etibarı ilə “Sepahan” super liqanın çempionu olub. Bu gözlənilməz xəbərdən sonra “Traxtur” tərəfdarları düzənlənən ssenarini anlayıb və baş verən hadisələrə qəzəbləniblər. Bundan sonra isə xəbər verdiyimiz kimi, həm stadion daxili və həm də Təbrizin bir çox məhəlləsində geniş etiraz yığıncaqları oldu. Etiraz aksiyalarında çoxsaylı soydaşımız döyülüb və yaralandı. Bütün bunlar bir çox yerli azərbaycanlı məsulun da kəskin etirazına səbəb olub. “Traxtur-Neft” müsabiqəsində etiraza səbəb olan məsələlərdən biri də hakim Əlirza Fəğaninin “Traxtur”a qarşı verdiyi qərəzli qərarlar oldu. Futbol tamaşaçıları və hətta bir çox ekspertin fikrinə görə, Fəğani “Traxtur” oyunçusu Teymuriyanı heç bir əsas olmadan qırmızı kartla oyundan uzaqlaşdırıb və “Traxtur”un xeyirinə olan bir penaltini tutmayıb. Geri dön |