Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri
Güney Azərbaycan Xəbərləri |
İran Azərbaycana qarşı kütləvi kiberhücuma başladı: “Bir neçə sayt dağıdılıb”
Azərbaycanın dövlət orqanlarının, hakim siyasi partiyasının və bəzi KİV-nin (kütləvi informasiya vasitələri) saytlarına kütləvi kiberhücum başlayıb. Artıq Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Konstitusiya Məhkəməsinin, Yeni Azərbaycan Partiyasının və Trend İnformasiya Agentliyinin saytları dağıdılıb. Kibercinayətkarlar özlərini “islamçı veb mühəndislər” kimi təqdim edirlər. Lent.az-ın poçtuna daxil olan məktubda kiberhücumun davam edəcəyi barədə xəbərdarlıq yer alıb. Həmin xəbərdarlıq məktubunda deyilir: “Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı ilə On ildən artıqdır ki, ABŞ (Amerika Birləşmiş Ştatları), Qərb və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar İslam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur. Bir qrup İslamçı veb-mühəndis düşmənlərin virtual (məcazi) hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin”. Lent.az-ın texniki mütəxəssisləri bu məktubun və Azərbaycana qarşı kiberhücumun hansı mənbədən aparıldığına dair ilkin araşdırma aparıb. Məlum olub ki, hücum və məktub İranda yerləşən ip-ünvandan və kompüterdən həyata keçirilir.Daha bir məlumatına görə, Trend informasiya agentliyinin saytı fəaliyyətini bərpa edib. İran rejimi köçmən kürdləri Azərbaycana qarşı silahlandırır İranın sonu gəldikcə Sovet Hökumətinin çöküş dənəmini xatırladan proseslərin yaşandığı müşahidə olunur.Qarabağ torpağına göz tikən ermənilər Sovet Hökumətinin çöküşü zamanı Azərbaycan əleyhinə silahlandıqları kimi, Güney Azərbaycandakı köçmən kürdlər də Qərbi Azərbaycan ostanını (Urmu, Salmas, Xoy, Makı, Qoşaçay, Sulduz, Tikantəpə və ... bölgələri) ələ keçirmək üçün eyni addımları atmaqdadırlar. Burda olan fərq ermənilərin Sovet Hökuməti, köçmən kürdlərin isə İran rejimi tərəfindən silahlanmasıdır.Məlumata görə, kürdlər İraqın quzeyindən (kürdistan bölgəsi) İrana silah daxil edirlər. İran rejimi isə az məbləğ qarşılığında onu qanuniləşdirir. İlk günlərdə 10000-dən çox Kürd, Güney Azərbaycanın Urmu Şəhərinin “Bərq” dördyolunda silahlarını qanuniləşdirmək üçün sıraya durublar. Bu barədə şahidlər məlumat veriblər. məlumata görə, Silahla bağlı sıra gözləyən kürdlərin izdihamı tıxaca səbəb olub və bu məsələ şəhərdə səslənib. Məhz Bu səbəbdən SEPAH (İslam İnqilabı Keşikçilər Korpusu) bu işi başqa yerlərə həvalə edibdir. Artıq kürdlər silahlarını qanuniləşdirmək üçün “Rajan” üçyoluna müraciət edirlər, hansıki o məntəqədə ancaq kürdlər yaşayır. Daha bir yer isə Salmas yolu istiqamətində yerləşən Xarici vətəndaşlar binası (ETTELAATın əhatə dairəsi sayılır) təyin edilib.Qeyd edək ki, əslində bu problem yeni deyil. Güney Azərbaycanın Qərbi Azərbaycan adlandığı bölgə 10 illərdir PKK və kürd terrorçularının diqqət mərkəzindədir. İran rejimi isə onların bu bölgəyə köçürülməsinə müxtəlif vasitələrlə şərait yaradır. İran rejimi əleyhinə gözlənilən müharibə ehtimalı, təbii olaraq bu bölgədə aktivliyə səbəb olub.Ümid edirik ki, Azərbaycan xalqı kürd terrorçularından çoxlu tarixi təcrübələri olsada, Sovet Hökumətinin dağılması ilə Dağlıq Qarabağın işğal edilməsi faktını bir daha yada salıb və bütün ehtimallara qarşı tədbirli olacaqlar. Təbriz həbsxanasında saxlanılan milli fəal və Qaya rəqs qurupunun rəhbəri Əlirza Hüseyinzadə azadlıqa buraxıldı Azərbaycan Milli Hərəkəti Fəalı və “Qaya” rəqs qrupunun başçısı Yanvar ayının 16-sı Təbriz mərkəzi zindanından azad edildi. Artırmalıyıq, Azərbaycan kültürəl çalışqanı, Əlirza Hüseynzadə bu müddətdə dəfələrlə İTİLAAT idarəsinin məsullları tərəfindən tutuqlanmış və zindan məsulları onunla pis davranmışlar və işkəncə etmişlər. Bir dəfə də qanunsuz tutuqlamağa etiraz olaraq məhdudiyyətsiz aclıq aksıyası keçirməyə başlamışdır.Əlirza bəy Hüsyenzadənin tutuqlanmasının necəliyi haqqında deməliyik, Sentyabr ayının 29-u Təbrizdə öz evində İTİLAAT məmurları tərəfindən yaxalanmış və bəlli olmayan bir yerə göndərilmiş.Əlirza bəy, Azərbaycan Milli Fəallarının toylarında iştirak edib və Azərbaycan milli rəqslərini ifa edirmiş. Yaxınlarının dediyinə görə Əlirza bəy Hüseynzadə həmən ilin Sentyabr ayının 26-sı öz toyunda milli rəqs qrupu ilə birgə milli rəqlər ifa etmişlər və bu toyun ardınca hədələnərək, İTİİLAAT idarəsinə çağırılmış və bu çağırılmanın ardınca öz evində tutuqlanmış və bəlli olmayan yerə göndərilmişdir.Əlirza bəyin vəkilinin dediyinə görə irəli sürülən ittiham milli güvənliyə qarşı əməkdaşlıqdır. İran Prezidentinin müşavirinə 5 illik cəza verildi İran Prezidentinin KİV (kütləvi informasiya vasitələri) məsələləri üzrə müşaviri və İranın IRNA dövlət xəbər agentliyinin direktoru Əli Əkbər Cavanfekrə məhkəmənin hökmü ilə bir il şərti cəza verilib, o, həmçinin 5 il müddətinə bəzi ictimai işlərdə iştirakdan məhrum edilib.Bunu Cavanfekrin vəkili Qəhrəman Şöcai deyib. Bu barədə İSNA agentliyi məlumat verir.Şöcainin sözlərinə görə, Cavanfekr beş il müddətinə partiya, qrup, birliklərə üzvlükdən, eləcə də mətbuat sahəsində işləməkdən məhrum edilib.O əlavə edib ki, 20 gün ərzində məhkəmənin qərarından apelyasiya məhkəməsinə (dadqah-i təcdide nəzər) şikayət edə bilər.Cavanfekr ölkənin aparıcı qəzetlərindən biri olan “İran”ın da baş redaktorudur.Bir müddət öncə Tehran məhkəməsinin Cavanfekri bir il müddətinə azadlıqdan məhrum etməsi ilə bağlı məlumat yayılmışdı. Məhkəmənin qərarı ilə Cavanfekr, həmçinin üç il müddətinə mətbuat sahəsində çalışmaqdan məhrum edilmişdi. Bu xəbər sonradan İran KİV-ləri tərəfindən təkzib olundu.Cavanfekrə qarşı “Xatun” adlı xüsusi buraxılışda İslam dininə və insani dəyərlərə zidd olan şəkil və materialları (sənəd) çap etmək ittihamı irəli sürülmüşdü.Noyabr ()November ayında Cavanfekr ölkənin “Etimad Milli” qəzetinə müsahibəsində sabiq xarici işlər naziri Mənuçöhr Müttəki və İranın baş prokuroru (dadistan) və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejeyiyə qarşı sərt ittihamlar irəli sürmüşdü. “Etimad Milli” qəzeti həmin müsahibənin dərcindən sonra bağlanmışdı. ABŞ Cənubi Koreyanın İrandan neft idxalını azaltmasını tələb edir ABŞ Cənubi Koreyanın İrandan neft idxalını azaltmasını istəyib. Türkiyə mətbuatının verdiyi məlumata görə, ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi Robert Einhorn Tehran rejiminə nüvə proqramı ilə əlaqədar təzyiq etmək üçün Seuldan İrandan xam neftin ixracatını azaltmağı və İran Mərkəzi Bankı ilə əlaqələri dayandırmağı tələb edib. Cənubi Koreya hökuməti hələlik bu tələbə rəsmi münasibətini açıqlamayıb. İndiyədək Seul İranın 200-dən artıq şəxs və qrupu ilə maliyyə əlaqələrini dondurub. Çin İranla ticarət əlaqələrini kəsməyəcəyini açıqlayıb Çin ABŞ-ın İranla ticarət əlaqələrini kəsməsi üçün bu ölkənin neft şirkətlərinə təzyiq göstərməsinə münasibət bildirib. «Mehr» xəbər agentliyinin verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyindən deyilib ki, İranla ticarət əlaqələri davam etdiriləcək. Xəbərdə rəsmi Pekinin Tehranla ticarət sahəsində əməkdaşlığının BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olmadığı, bu baxımdan əlaqələrin kəsilməyəcəyi qeyd olunub. Qeyd edək ki, yanvarın 14-də ABŞ İranla ticarət əlaqələrinə görə Çinin «Zhuhai Zhenrong» Dövlət Korporasiyasına qarşı sanksiyalar tətbiq edib. Şahrux Zamanı tutuqlanıb, 3 nəfər isə ETTELAATa çağırılıb 2012-ci il yanvarın 15-i azərbaycanlı işçi fəal Şahrux Zamani öz iş yerində tutuqlanıb.Daha 3 nəfər (Məhəmməd Cərrahi, Nima Puryəqub və Sasan Vahibivəş) işçi fəal isə telefon vasitəsi ilə Təbriz zindanının yanındakı ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) 37-ci otağına çağırılıb.Adını çəkdiyimiz azərbaycanlı işçi fəallar 2011-ci il avqustun 18-i (1390-cı il mordadın 27-i) Təbrizin inqilab məhkəməsində mühakimə olunub və toplam 26.5 il həbs cəzasına məhkum ediliblər.Məhkəmə hökmü Şərqi Azərbaycanın apelyasiya məhkəməsi (dadqah-i təcdide nəzər) tərəfindən olduğu kimi qüvvədə saxlanılıb. ETTELAAT RƏHBƏRİ QƏRBİ və İSRAİLİ HƏDƏLƏDİ İranın kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Heydər Moslehi yanvarın 16-da jurnalistlərə açıqlamasında Tehranda törədilmiş terrordan danışıb. Yanvarın 11-də motosiklet sürən naməlum iki şəxs paytaxtda bir avtomobilə bomba yapışdırıb. Bombanın partlaması nəticəsində Nətənz nüvə təsisatı ticarət bölməsi rəisinin müavini, 32 yaşlı Mustafa Əhmədi Rövşən yerindəcə həlak olub. Hadisədə yaralanan avtomobil sürücüsü Rza Qəşqayi və kimliyi bəlli olmayan bir vətəndaş da ölüb. Heydər Moslehi deyib ki, baş vermiş terrorda Amerika, Böyük Britaniya və İsrailin əli var: “Amerika və Böyük Britaniya bu terrorda özlərini gizlədə bilməzlər. Biz bu terrorun arxasında olan ingilislərə, amerikalılara, “Mossad”a və onlarla əməkdaşlıq edənlərə kəskin cavab verəcəyik. Beynəlxalq ictimaiyyət bizim alimlərimizə qarşı həyata keçirilən bu kimi hərəkətlərə görə cavabdeh olmalıdır. Görəsən, onlar bu kimi hadisələrin sabah öz ölkələrində də baş verə biləcəyini təxmin edirlərmi?” Dünyanın Gözü Hürmüz Boğazında ABŞ Başçısı Barak Obamanın Hürmüz Boğazına bağlı məktubuna İrandan sərt cavab gəldi.Hürmüz Boğazı ilə əlaqədar Amerika ilə sərt bir mübahisə girən İran, təhdidlərə qarşı bütün imkanlardan istifadə ediləcəyini bildirdi.İranın neft ixracatını da sanksiyalar siyahısına almağı planlayan ABŞ və Avropa ölkələri, dünya bazarının İran neftinə asılılığını azaltmaq üçün lobbi fəaliyyətlərinə davam ediləcəyini bildirmişdi.İranlı əsgəri və siyasi səlahiyyətlilər, neft ixracatının maneə törədilməsi vəziyyətində dünya neft ticarətinin yüzdə 40 qədərinin edildiyi Hürmüz Boğazını bağlayacaqlarını açıqlamış idi.Hürmüz Boğazı, Avropa, Amerika və Çin üçün böyük bir əhəmiyyət daşıyır. Söz mövzusu üç bölgə də enerji ehtiyacının əhəmiyyətli qisimini söz mövzusu boğazdan təmin etməyə çalışdığı üçün Hürmüz Boğazı strateji olaraq böyük bir əhəmiyyətə sahibdir. İran təhlükə hiss edərsə, mənfəətlərini qorumaq üçün siyasi və digər bütün vasitələrdən istifadə edəcək Fars Xəbər Agentliyi, İranın Dini lider Əli Hamaneyin əsgəri məsləhətçisi Tümgeneral Yəhya Rəhm Safevinin bir mərasimdə etdiyi danışıqda, "Tehditlere etiraz etmək üçün hər cür imkandan faydalanacağıq" dediyini yazdı.ABŞ Başçısı Barak Obamanın Hürmüz Boğazına bağlı məktubunu qiymətləndirən Safevi, Hürmüz Boğazının dünya ticarəti və enerjisi baxımından strateji bir əhəmiyyətə sahib olduğunu söylədi.Hürmüz Boğazından gündə 15 elə 17 milyon vedrə neft daşındığını ifadə edən Safevi, "bölgənin güclü ölkəsi olaraq İranın, bu yolun təhlükəsizliyindən məsul olduğunu" bildirdi.Tümgeneral Safevi, "İran təhlükə hiss etsə, ənfəətlərini qorumaq üçün siyasi və digər bütün vasitələrdən istifadə edəcək" deyə danışdı. Geri dön |