Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Qara təbliğat belə qurulur
Qara təbliğat belə qurulur |
İyunun 9-da Bakıdakı Heydər Əliyev Hava Limanında Platform London adlı bir təşkilatın Emma Hyuz (Emma Hughes) adlı fəalının ölkəyə girişi əngəllənib. Dərhal da Tvitter üzərindən başına gələni dünyaya çatdırıb. Maraqlıdır ki, İngiltərənin The Guardian qəzeti bu hadisədən bir neçə dəqiqə sonra geniş məqaləylə çıxış edərək Azərbaycanı hər zamankı kimi az qala dünyadakı bütün naqisliklərdə ittiham etdi.
Adi bir durumdurmu? Heç bənzəmir. Niyə bənzəmədiyini də açıqlamaq mümkündür. Ötən ilin payızında Tiflisdə ənənəvi bir toplantıya qatılmışdıq. ATƏT-in media azadlığı nümayəndəliyinin təşkil etdiyi, Cənubi Qafqaz ölkələrində media məsələlərinin müzakirə olunduğu tədbirdə əsasən Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistləri iştirak edirdi. Əsas məsələ bu deyil. Əsas odur ki, tədbirin elə açılışındaca Azərbaycana qarşı təxribat işə düşdü. Özü də planlı təxribat. Özünün sıradışı davranışlarıyla həmişə “diqqət çəkən” Mehman Hüseynovun Bakı hava limanında saxlanılması xəbəri gəlib çıxdı. Tədbirin ilk dəqiqələrində bəyan edildi ki, bəs, sən demə, Azərbaycan hakimiyyəti jurnalist, blogger, nə bilim fotoqraf Mehman Hüseynovun ölkədən çıxışını əngəlləməklə media azadlığını pozub. Azərbaycanı və özəlliklə də Mehman Hüseynovu tanımayanlar üçün bu xəbər doğrudan da inandırıcı görünə bilərdi. Amma ki, biz həm ölkəmizi, həm də bu Mehmanı yaxşı tanıdığımız üçün olaya aydınlıq gətirmək istədik. Tədbirdə Azərbaycan hakimiyyətini təmsil edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Kamran Həsənov məsələni araşdırıb qısa və aydın açıqlama verdi: Mehman Hüseynovun ölkədən çıxışıyla bağlı rəsmi qadağa var, amma çıxmaq istərsə müvafiq dövlət qurumundan icazə alaraq xaricə gedə bilər. Zatən daha öncə bir dəfə belə icazəylə çıxıb və heç bir problemsiz geri qayıdıb. Bəs bu dəfə nə olub? Mehman Hüseynov bilə-bilə ki, ölkədən çıxması mümkün deyil, heç bir izn almadan hava limanına gəlib. Təbii ki, buraxmayıblar. Əsas məsələ isə budur ki, ATƏT-in məlum tədbirində iştirak üçün Azərbaycandan olan nümayəndələrin hamısı bir gün öncədən gəldiyi halda, Mehman öz biletini məhz tədbirin başladığı gün və saata alıb. Təsadüfdürmü? Deyil təbii ki. Adam bilə-bilə ki, onu hava limanından buraxmayacaqlar, niyə iznsiz ölkədən çıxmaq istəyirdi? Bəs niyə biletini bizim kimi bir gün öncəyə deyil, məhz tədbirin başladığı saata alırdı? Bu suallar istənilən normal adamı yerindən edərdi. Bizi də etdi zatən. Çözdük. Bəlli oldu ki, bu adam bilərəkdən təxribata yol verib. Özü də etiraf etmişdi bunu sonradan. Ki, Azərbaycan sərhəd xidmətinin sayıqlığını yoxlamaq istəyirmiş. Amma olan olmuşdu. Özəlliklə də erməni mətbuatı bu xəbəri gen-bol yayaraq Azərbaycanda jurnalistlərin hüquqlarının pozulmasından “narahatlıq” ifadə edirdi. Səbəbi isə bir Azərbaycanlı vermişdi… İndi bu Emma Hyuzun məsələsi də ona bənzəyir. İşi-gücü Azərbaycana qarşı kampaniyalar aparmaq olan bu xanım zatən bilməliydi ki, jurnalist adı altında akkreditasiyadan keçmək heç də o demək deyil ki, onu mütləq ölkəyə buraxmalıdırlar. Şübhə etmirik ki, o bunu bilirdi. Bilirmiş, amma bilə-bilə tam da sərhədimizə qədər gəlib. Sərhədə çatıb, ölkəyə girməsinə izn verməyiblər. İzah da ediblər ki, adı “qırmızı siyahı”dadır. Hyuz da dərhal internet üzərindən mobil telefon nömrəsini elan edərək jurnalistləri “köməyə” çağırıb. Kömək də özünü çox gözlətməyib. Platform Londonun saytında “Emma Hyuzun Azərbaycandakı həbsxanadan azad edilməsi üçün müraciət” yerləşdirilib, hər kəsin imzalaması istənilib. Geri dön |