Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sina Həsəninin yaxalanması və onun ailə üzvlərinə olan təzyiqlər barədə ətraflı məlumat
Sina Həsəninin yaxalanması və onun ailə üzvlərinə olan təzyiqlər barədə ətraflı məlumat |
Xəbər verdiyimiz kimi, son günlərdə Urmiyədə azərbaycanlı milli-mədəni fəallara qarşı yeni həbs dalğasına şahid olduq. Onlardan biri iyunun 6-da (xordadın 16-da) təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Sina Həsəni idi. Sina Həsəniyə yaxın şəxslərdən biri onun yaxalanması və ailə üzvlərinə olan təzyiqlər barədə GünAz TV mətbuat mərkəzinə ətraflı məlumat verib.
O bildirib: “Çayxanada bir neçə fəal o cümlədən Sina Həsəni ilə birlikdə oturmuşduq. 15 dəqiqə sonra ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları çayxanaya daxil oldu və Nima Həsənini axtardıqları məlum oldu. Məmurlardan biri üzünü S.Həsəniyə tutdu və onun kimliyini soruşdu, O da öz adını dedi. Sonra məmurlar onun əlindən tutub çölə aparmağa başladılar. Sina məmurlardan kimlik kartı tələb etdi, lakin onlar buna məhəl qoymadan onu çayxanadan çıxartmağa davam etdilər. Bu vəziyyətə biz fəallar da etiraz etdik, lakin məmurlar yenə də məhəl qoymadı və bizə yumruqla hücuma keçdilər. Onlar bizi içəri də saxlayıb və çölə çıxdılar. Bir neçə dəqiqə sonra yenidən içəri daxil olub və bu dəfə Nimanı soruşdular. Lakin Nima onlardan öncə həmin məkanı tərk etmişdir, ona görə də onu tuta bilmədilər və nəhayət Sinanı maşına oturdub və yola düşdülər. Biraz sonra Nima çayxanaya gəldi və biz ona vəziyyəti anlatdıq. Hamımız çayxananı tərk etdikdən sonra dostum çayxanadan zəng etdi və bildirdi ki, məmurlar bir Pejo və bir Səmənd markalı maşınla yenidən çayxanaya gəlib və sizi soruşdular. 40 dəqiqə sonra Nima anası ilə telefon əlaqəsi saxladı və vəziyyəti anlatmaq istədi. Lakin telefon danışığında məmurların evə hücum etdiyi məlum oldu. Bir neçə dəqiqə sonra Nimanın dayısı zəng edib və bildirdi ki, Nima həmən evə gəl, yoxsa məmurlar bizi evdə həbs ediblər... . Bu anda telefonu ETTELAAT məmuru aldı və Nimaya bildirdi ki, əgər gəlməsən ananı özümüzlə aparacayıq... .” Mənbə bildirib ki, mən bu hadisənin əvvəlindən axırına qədər şahidi olmuşam. Qeyd edək ki, son məlumata görə, artıq S.Həsəni barəsində vəsiqə qərarı çıxarılıb, lakin vəsiqə təmin edilmədiyinə görə o hələ ki, azad edilməyib. Geri dön |