Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Avropa Odlar Yurdu ilə oynamağı dayandırmalıdır.
Avropa Odlar Yurdu ilə oynamağı dayandırmalıdır. |
Aynur Qasımova - Trend:
Azərbaycan bütün dünyada Odlar Yurdu kimi tanınır və hazırda Avropa bu odla oynayır. Bu Oyunların Avropa üçün nə ilə başa çatacağına onun özü qərar verməlidir. Lakin Avropa ölkələri liderlərinin son davranışları onların “Odla oynama” qaydasına riayət etmədiklərindən xəbər verir. Bütün dünyanın diqqəti Bakıdakı I Avropa Oyunlarına yönəlib, bununla belə, Bakıda daha bir vacib hadisə baş verdi. Hazırda Avropanın təhlükəsizliyinin taleyini həll edən dövlət başçıları Bakıda toplaşdılar, lakin Avropanın özü axmaqlığı ucbatından burada təmsil olunmamışdı. Oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya Rusiya, Türkiyə və Türkmənistan prezidentləri gəlmişdilər. “Cənub Qaz Dəhlizi” (Azərbaycan və Türkiyə), “Türk axını” (Türkiyə və Rusiya), Transxəzər qaz kəməri (Azərbaycan və Türkmənistan) kimi layihələrin reallaşdırılması məhz bu ölkələrdən asılıdır. Bu dövlətlərin başçıları təkcə möhtəşəm şoudan həzz almadılar, idmançılarını dəstəkləmədilər, həm də Bakıda olduqca səmərəli danışıqlar apardılar. Danışıqlar zamanı enerji layihələrini də müzakirə etdilər. Onu demək kifayət edir ki, Rusiya və Türkiyə prezidentləri 2,5 saat ərzində danışıqlar keçirdilər. Masanın başına öz ambisiyalarını və əsassız iddialarını qoyan Avropa rəhbərləri hazırda bunun naminə vətəndaşlarının enerji təhlükəsizliyini, xüsusilə də davamlı qaz tədarüklərini qurban verir. Cənub-Şərqi Avropanın bir çox ölkələrinin bu və ya başqa cür həmin mərasimdə təmsil olunmağa çalışması faktı səciyyəvidir. Belə ki, Bakıya Serbiya və Monteneqro prezidentləri, Bolqarıstanın Baş naziri, Şərqi Avropanın digər ölkələrinin parlament rəhbərləri gəlmişdilər. Məhz onlar, xüsusilə, qış dövründə qaz tədarükü ilə bağlı problemləri Avropada hamıdan yaxşı başa düşürlər. Qərbi Avropanın qarşısında isə mavi yanacağın tədarükündə fasilələrlə bağlı məsələ heç vaxt dayanmayıb. Buna görə də Qərbin ambisiyalı siyasətçiləri təkcə öz vətəndaşlarını deyil¸ həm də Cənub və Şərqi Avropanı pis vəziyyətdə qoyurlar. Avropa liderlərinin Azərbaycan barədə fikirləşməyi buraxıb öz vətəndaşlarının qayğısına qalmağının vaxtı çatmayıbmı? Məhz bu ambisiyalar hazırda Qərbi Avropanın gözünü bağlayır. Bu ona gətirib çıxarıb ki, Avropa açıq-aşkar həqiqəti – onun enerji təhlükəsizliyi məsələsini başqaları həll edir - görmür. Avropa hazırda bu “digərləri”ni özünün rəqibləri etməyə çalışır. Avropa ölkələrinin liderlərinin iştirak etməsi və ya etməməsi Oyunların möhtəşəm açılış mərasiminə, eləcə də onların keçirilməsinə təsir etmədi və edə də bilməzdi. Kim daha çox itirdi? Oyunları keçirən və Avropanın enerji təhlükəsizliyini təmin etmək gücündə olan Azərbaycan, yoxsa Azərbaycana ehtiyacı olan Avropa? Bu sual ritorikdir və cavabı gün kimi aydındır. Geri dön |