Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Traxtur Klubu Iran Futbol Federasiyasının yaydığı bəyanata sərt etiraz etdi
Traxtur Klubu Iran Futbol Federasiyasının yaydığı bəyanata sərt etiraz etdi |
Iran Futbol Federasiyasının Faktaraşdırıcı Komitəsi ötən həftə qalmaqallı “Traxtur-Neft” müsabiqəsi ilə bağlı bəyanatı yayıldı. Həmin bəyanatda sözdə “Traxtur”un qələbəsinin qarşısını alan amillər və şəxslər araşdırılıb və nəticə elan olundu. “Traxtur” tərəfdarları kimi bu komandanın rəsmiləri də həmin bəyanatla razılaşmayıb və buna qarşı sərt bir bildiri ilə çıxış ediblər.
“Traxtur” klubu yaydığı bildiri də Federasyonun bəyanatına sərt etiraz edib və bunu bir növ haq qazandırmaq kimi qiymətləndirib: “Son günlərdə Faktaraşdırıcı Komitə səhənd stadionunda super liqa rəqabətlərinin son müsabiqəsində baş verən hadisələrə haq qazandırmaq üçün bir bəyanat yayıb. Bu bəyanatda ədalət öz yerini tapmayıb.” Klubun yaydığı bildiridə vurğulanıb ki, “Bu nəticənin elan olunması, əslində futbolsevər insanlar üçün bir səhvin etirafıdır. O səhvin etirafı ki, 14-cü super liqa çempionunun talehini dəyişdirdi və “Traxtur” klubunda bir çox maddi və mənəvi sərmayəni məhv etdi. O sərmayələr ki, bir millətin arzularının gərçəkləşməsinə sərf edilmişdir.” “Traxtur” klubunun ictimaiyyətlə əlaqələr Şöbəsi bildirib ki, klubun idarə heyəti aşağıdakı bəyanatı yayaraq “Traxtur”un pozulmuş haqlarını tələb edib: “1- Futbol Federasiyası və Liqa Təşkilatı maddi və mənəvi xəsarətlərə görə “Traxtur” tərəfdarlarından üzr istəməli və vurduqları xəsarət və səhvlərinin qarşılığında təzminat ödəməlidir. 2- Müsabiqədə hadisələrə səbəb olan şəxslərin məhkumluğu barəsində çıxarılan qərar qəti və şəffaf deyil. Ona görə də, məsullar, “Traxtur” tərəfdarları və futbolsevər insanlara dəyən mənəvi xəsarətin nisbətən sağalması üçün yekun və qəti qərar çıxarmalıdır. 3- Şərqi Azərbaycan valisi, millət vəkilləri, Gənclər və İdman İdarəsinin icraçı müdirləri, Futbol Heyəti və digər yerli məsullardan istənilir ki, nəticə əldə olunana qədər ədalətin bərpası uğrunda öz səylərini davam etdirib və klubun haqlarının pozulmasına göz yummasınlar. İdman (vərziş) naziri də bildirib ki, “əgər haqq pozulubsa o yerinə gətirilməli və ədalətli qərar verilməlidir.” 4- Prezidentdən istəyirik ki, “yekun nəticə əldə olunana qədər bu məsələni diqqətdə saxlasın və “Traxtur” klubunun üzləşdiyi maddə və mənəvi xəsarətlərlə bağlı tədbir alsın. Həmçinin özünün vurğuladığı kimi – Artıq “Traxtur” təkcə siz azərbaycanlılara aid deyil, o bütün İranındır. Biz onun Asiya müsabiqələrində çempion olmasını arzu edirik- bu komandanı dəstəkləsin.” Diqqətinizə çatdıraq ki, ötən həftə Futbol Federasyonu mayın 15-də (ordibeheştin 25-də) Təbrizin səhənd stadionunda “Traxtur-Nef”t müsabiqəsi zamanı baş verən hadisələri araşdırıldıqdan sonra bu nəticəni açıqlamışdır. 1- Hakimlər departamenti rəisinin işdən çıxarılması 2- Hakimin (Əlirza Fəğani) yeni bildiriyə qədər hakimlikdən məhrum edilməsi 3- Liqa Təşkilatının müsabiqəyə nəzarətçisinin vəzifəsindən məhrum edilməsi 4- Liqa Təşkilatında müsabiqənin keçirilmə məsuluna xəbərdarlıq və yazılı töhmət (tobix) 5- Liqa Təşkilatının ictimaiyyətlə əlaqə şöbəsinin məsuluna xəbərdarlıq və yazılı töhmət 6- Reportyorun yeni bildiriyə qədər vəzifəsindən məhrum edilməsi 7- Müsabiqənin keçirildiyi zaman bir sıra problemlərin yaşanması, reportyora düzgün nəzarət olmaması, eyni zamanda gedən müsabiqə ilə bağlı yalnış məlumatın yayılması və s. görə Təbrizin futbol heyətinə yazılı xəbərdarlıq və töhmət 8- “Traxtur” klubunun məsullarına bu işlər tövsiyyə olunur: Klubun mətbuat müdiri və baş məşqçi yardımçısının cərimələnib və məhrum edilməsi və həmçinin “Traxtur” klubunun idarəçilik işlərinin gözdən keçirilıməsi. 9- Stadionda bulunan polis qüvvələrindən böhranı idarə etdiklərinə görə təşəkkür olunaraq Şərqi Azərbaycanın Təmin Şurasına məktub göndərildi. Məktubda hadisənin təfərrüatı qeyd olunaraq istənildi ki, gələcəkdə bu vilayətdə belə bir hadisə baş verməsin. Xatırladaq ki, İran üzrə futbol klublarının super liqa rəqabətlərinin sonuncu həftəsi müsabiqəsində Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” komandası qarşılaşdı. Mayın 15-də baş tutan müsabiqədə “Traxtur” super liqanın çempionu olmasın deyə Futbol Federasyonu tərəfindən “Traxtur”un baş məşqçisi və oyunçulara yalan məlumat ötürüldü. Məlumatda bildirilib ki, guya “Sepahan”la “Saypa” oyunu 2:2-dir və nəticə etirabı ilə “Traxtur” çempiondur. Müsabiqənin son dəqiqələrində yayılan yalan məlumatdan sonra “Traxtur”un baş məşqçisinin göstərişi ilə oyunçular hücumu dayandırıb və müdafiəyə keçdilər. Bu arada stadionda internet və mobil telefonları da kəsilib. O üzdən kimsə “Sepahan-Saypa” müsabiqəsi barədə doğru məlumat ala bilməyib. Müsabiqə bitdikdən sonra elan olunub ki, İsfahanda keçirilən “Sepahan-Saypa” müsabiqəsi deyilən kimi 2:2 deyil, 2:0 hesabı ilə “Sepahan”ın xeyirinə yekunlaşıb və nəticə etibarı ilə “Sepahan” super liqanın çempionu olub. Bu gözlənilməz xəbərdən sonra “Traxtur” tərəfdarları düzənlənən ssenarini anlayıb və baş verən hadisələrə qəzəbləniblər. Bundan sonra isə xəbər verdiyimiz kimi, həm stadion daxili və həm də Təbrizin bir çox məhəlləsində geniş etiraz yığıncaqları oldu. Etiraz aksiyalarında çoxsaylı soydaşımız döyülüb və yaralandı. Bütün bunlar bir çox yerli azərbaycanlı məsulun da kəskin etirazına səbəb olub. “Traxtur-Neft” müsabiqəsində etiraza səbəb olan məsələlərdən biri də hakim Əlirza Fəğaninin “Traxtur”a qarşı verdiyi qərəzli qərarlar oldu. Futbol tamaşaçıları və hətta bir çox ekspertin fikrinə görə, Fəğani “Traxtur” oyunçusu Teymuriyanı heç bir əsas olmadan qırmızı kartla oyundan uzaqlaşdırıb və “Traxtur”un xeyirinə olan bir penaltini tutmayıb. Geri dön |