Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Avropa qitəsi üçün yeni tarix yazır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan Avropa qitəsi üçün yeni tarix yazır

Azərbaycan Avropa qitəsi üçün yeni tarix yazır


Artıq Azərbaycan Avropanın idman hərəkatında yeni tarix yazmaqdadır. Demək olar ki, bu yazılı salnamə Birinci Avropa Oyunlarının açılış mərasimi ilə tarixə qovuşmuş oldu. Bununla da Azərbaycan Avropa qitəsində heç vaxt mövcud olmayan idman yarışlarının əsasını qoydu. Baxmayaraq ki, ilk Olimpiada Oyunları öz məşəlini Avropadan götürür, amma indiyə qədər bu qitənin öz idman yarışı olmayıb. Məhz Azərbaycan bu məsuliyyəti öz üzərinə götürərək qitənin yeni idman yarışmasını reallaşdırdı. Beləliklə, bir neçə ildir ki, beynəlxalq humanitar forumlara evsahibliyi etməklə dünyada tolerantlıq və sülh carçısı kimi çıxış edən Azərbaycan iyunun 12-də dünya tarixində yeni bir ilkə imza atdı. Bu, Avropa qitəsində ilk dəfə keçirilən, çox ölkələrin məsuliyyətin altına girməyə cəsarət etmədiyi birinci Avropa Oyunlarıdır. Hələ də dünya Azərbaycanda I Avropa Oyunlarının açılışından danışır.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Təşkilat Komitəsinin böyük məsuliyyətlə yanaşdığı oyunlara hazırlığından da bəlli olurdu ki, açılış mərasimi möhtəşəm olacaq. Amma ölkənin inkişafını və qudrətini qəbul etmək istəməyənlər buna şübhələrlə yanaşırdı və ayrı-ayrı həqiqətə uyğun olmayan şayiələr buraxmaqla açılış mərasiminə ləkə gətirmək istəyirdilər: "Ölkə başçısının düzgün qurduğu beynəlxalq və daxili siyasi kurs, vaxtında müəyyənləşdirilmiş düzgün istiqamətlər bu işə şübhə ilə yanaşanların şübhələrini ürəklərində qoydu. İyunun 12-də bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Bir çox ölkələrin dövlət başçıları və rəsmilərinin iştirakı ilə açılışı həyata keçirilən bu möhtəşəm tədbir uzun müddət çoxlarının yaddaşlarında qalacaq. Heç kəsin təsəvvürünə gəlməzdi ki, Azərbaycan bu tədbiri belə yüksək səviyyədə təşkil edə bilər. Mərasim saat mexanizmi kimi qurulmuşdu. Hər kəs öz vəzifəsini bilirdi. Qonaqların ölkəmizdə qəbulu, idman arenasında 70 minə yaxın insanın yerləşdirilməsi və onlara yüksək mədəniyyətlə xidmət göstərilməsi, bütün ölkədə bayram əhval-ruhiyyəsinin yaşanması Azərbaycanın qarşıya qoyduğu vəzifələrini heç kimin deyiminə baxmadan həyata keçirə bilməsininin göstəricisidir. Artıq bu, reallıqdır. Bütün dünya açılış mərasiminin möhtəşəmliyindən danışır. Sevindirici haldır ki, I Avropa Oyunlarının açılış mərasiminin ssenarisi Azərbaycanın tarixinə, mədəniyyətinə, adət- ənənələrinə əsaslanmışdı. Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin obrazının idman arenasına gəlməsi, Qara Qarayevin bəstələdiyi "Yeddi gözəl" baletinin ölkə tarixi mədəniyyətini canlandırmaqla nümayişi, Azərbaycan muğam sənətinin uçan xalçanın üstündə Alim Qasımovun ifasında səslənməsi, rəmzi nar dənələrinin havaya qalxması, qədim insan məskəni olan Qobustan qayalarının səhnədə canlandırılması və sair ilə I Avropa oyunlarında Azərbaycan özünü çox yaxşı təqdim edə bildi". A. Badamov onu da qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə də başa çatdıracaq: "Bütün idmançılar gözəl idman arenalarında yarışacaq və qaliblər müəyyən olunacaq. Oyunların iştirakçıarı da tədbirin təşkilindən razı qalacaq. Düşünürəm ki, ölkəmiz bundan sonra da gələcəkdə çoxlu beynəlxalq tədbirlərə ev sahibliyi edəcək, çoxlu möhtəşəm hadisələrin ilkinə imzalar atacaq".

Millət vəkili Fərəc Quliyev də I Avropa Oyunlarını mötəbər bir tədbir adlandırıb: "Məhz bu oyunlara görə Azərbaycana 6 min idmançı gəlib, yarışlarda iştirak edirlər. Onlar həm də informatordurlar. 40-dan çox ölkə iştirak edir, 1000-dən çox jurnalist ölkəmizə gəlib. Bir çox ölkələrin televiziyaları oyunları canlı yayımladı. Bunlar həm də Azərbaycan haqqında informasiyaların beynəlxalq aləmə çatdırılması baxımından önəmlidir”. F.Quliyev açılış mərasiminin çox möhtəşəm keçirildiyini də xüsusi vurğulayıb: "Əsasən də o göstərilənlərin fəlsəfəsi məni daha çox maraqlandırdı. Burada Azərbaycan mədəniyyətinin, azərbaycançılıq ideyalarının təbliğ olunması, Şərq və Qərb fəlsəfəsinin sintezi və sair əks edildi, gözəl bir açılış mərasimi oldu. İdmançılarımız da çox yaxşı başladılar, ilk gündə ən çox medalı Azərbaycan qazandı və inanıram ki, belə də davam edəcək. Bu, həm bu gün, həm də gələcəkdə ölkəmizin informasiya blokadalarını yarmasında əhəmiyyətli rol oynayacaq. Bu ərəfədə təşkilatçılar çalışmalıdır ki, ölkəmiz haqqında daha çox məlumatlar versinlər, insanları müxtəlif bölgələrə turist kimi aparsınlar. Ölkəmiz haqqında kitabçalar, broşurlar paylasınlar. Bu oyunlardan ölkəmizin təbliği üçün də maksimum səviyyədə istifadə etmək lazımdır”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qeyd edib ki, açılış mərasimi sözlə ifadə edilə bilməyəcək dərəcədə möhtəşəm idi: “Düşünürəm ki, açılışdakı kompozisiyalar, bütövlükdə şounun əvvəlindən sonuna kimi onun həm idman, həm bədii, həm də sənət baxımdan tamamlayan proqramın təqdim olunması bütün azərbaycanlılarda qürur hissi doğurdu. Sevincimizin həddi-hüdudu yoxdur. Həqiqətən, açılışı birbaşa izləməyimə baxmayaraq, televiziya ilə bir daha izləməkdən belə doymuram. Qürur doğuracaq bir təqdimat idi. Azərbaycan bütün dünyaya özünün mədəniyyətini, tarixini, böyük imkanlara malik olan bir ölkə olduğunu təqdim edə bildi. Buna görə də hər birimiz cənab prezident İlham Əliyevə, bu işdə xüsusi rolu olan, böyük əziyyət çəkən, təşkilatçılıq istedadı ilə özünü bir daha təsdiq edən Mehriban xanıma təşəkkürümüzü bildiririk. Hər halda, dövlətimizi prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva bütün dünyaya bu müstəvidə yüksək səviyyədə təqdim edə bildilər. Bu açılış mərasimini Avropanın ayrı-ayrı ölkə başçılarının, digər yüksək çinli şəxslərin birbaşa izləməyi bir daha onu sübut elədi ki, artıq Avropa ölkələrinin böyük əksəriyyəti bu oyunlara çox yüksək qiymət verir. Onlar Bakıda keçirilən bu oyunları yüksək qiymətləndirir. Azərbaycan bir daha özünün gücünü, qüdrətini, böyük imkanlarını dünyaya təqdim edə bildi. Azərbaycan bu addımı ilə beynəlxalq aləmdə öz nüfuzunu artırdı”.
Lakin o da etiraf edilməlidir ki, hələ də I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm etməyən dairələr mövcuddur. Çox təəssüf ki, bu qüvvələr ağı da qara kimi görür və bu oyunlarının əhəmiyyətini azaltmaq üçün yanlış informasiyalarla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Millət vəkili Fazil Mistafa qeyd edib ki, ölkəmizə qarşı olan bu süni təzyiqlərə qarşı mövqe qoymamız vacibdir: “Qəribə bir durumla üz-üzəyik. Azərbaycanda insan hüquqları ilə bağlı problemlər var və ədalətsiz məhkəmə qərarları barədə də həm daxildə, həm də xaricdə kifayət qədər müzakirələr aparılır. Ancaq idman oyununun təqdimatında BBC ilk olaraq məhbuslarla başlayır, avstriyalı idmançıların kiçik qəza anını göstərir, ardınca açılış mərasiminə keçir. Həmin BBC Ermənistandakı soyqırım tədbirini izləyərkən, tarixi xronika olaraq türklərin ermənilərə qarşı hərəkətlərini verir, ardınca isə ermənilərin xeyrinə şərhləri ard-arda təqdim edirdi. Bir epizod da olsa, insan haqları mövzusuna toxunmurdu. İndi də Alman Buntestaqı Oyunların açılış günü insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edir. Həqiqətən koordinasiyalı bir çalışmaların olduğunu hiss edirsən. Bunları böyük idman tədbiri ilə əlaqələndirmənin məntiqi izahını tapa bilmirəm. Ona görə də bu ərəfədə ölkəmizə qarşı olan bu süni təzyiqlərə qarşı mövqe qoymamızı vacib hesab edirəm”.


Alim

Geri dön