Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Güləş yarışlarının son günündə idmançılarımız medala doğru
Güləş yarışlarının son günündə idmançılarımız medala doğru |
Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ikinci, ümumilikdə güləş yarışlarının son günündə döşək üzərinə Azərbaycanın 4 güləşçisi çıxacaq.
Güləş yarışlarının son günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq çəkidə qaliblər müəyyənləşəcək. Təmsilçilərimizdən Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Azərbaycana medal qazandırmağa çalışacaqlar. 61 kq 1/8 final - Valodya Franqulyan (Ermənistan) - Hacı Əliyev 70 kq 1/8 final - Ruslan Dibirhacıyev - Miroslav Kirov (Bolqarıstan)/Maqomedmurad Qacıyev (Polşa) 86 kq 1/8 final - Nurməhəmməd Hacıyev - Georgi Sredkov (Bolqarıstan) 125 kq 1/16 final - Jonas Rudaviçius (Litva) - Cəmaləddin Məhəmmədov XXX Bu gün güləşçilərimiz ilk qələbəsini qazandılar Güləşçilərimizdən döşək üstünə ilk olaraq Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən Cəmaləddin Məhəmmədov oldu. 1/16 finalda Litva güləşçisi Jonas Rudaviciusla qarşılaşan pəhləvanımız rəqibini vaxtından əvvəl 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib. Cəmaləddin Məhəmmədovun 1/8 finaldakı rəqibi Türkiyənin adlı-sanlı güləşçisi Taha Akgül olacaq. Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub. Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb. Sərbəst güləşçilərimiz ilk yarış günündə 2 qızıl və 1 bürünc medal əldə edib. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala layiq görülüb. Geri dön |