Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ruhaninin Təbrizdə yaratdığı mərkəz istehzaya səbəb olur!
Ruhaninin Təbrizdə yaratdığı mərkəz istehzaya səbəb olur! |
Bir müddət öncə İran prezidenti Həsən Ruhaninin yaradacağına söz verdiyi “Türk dili və ədəbiyyatı mədəniyyət evi” deyil, istehza mərkəzi yaratdığı barədə məlumat yaymışdıq.
Məlumata görə, Şərqi Azərbaycan valisi yenicə yaradılan “Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi”nin fəaliyyətlərindən danışarkən ictimaiyyətin şüurunun alçaldılmasına dəlalət edən fikirlər söyləyib. İsmail Cabbarzadə bir qrup azərbaycanlı ziyalının qarşısını bildirib ki, ““Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi”nin fəaliyyəti azərilərin mədəniyyət və incəsənətinin inkişafına zəmin yaradacaq”. O həmçinin Həsən Ruhanidən öz vədinə əməl etdiyinə görə təşəkkür edib və bir jurnalistin mövzu ilə bağlı sualına belə cavab verib: “Prezidentin bu işini türk dili ədəbiyyatı ilə məhdudlaşdırmaq azəridillər üçün zülm olardı. Biz bir çox mələhətləşmələrdən sonra “türk dili və ədəbiyyatı mədəniyyət evi”ndən daha üstün olan “Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi”nin yaradılması üçün imtiyaz almağa qərar verdik... .” Bildirək ki, valinin üstün adlandırdığı mərkəz əslində onun da qeyd etdiyi kimi, Azərbaycan türklərini türk deyil azəri kimi qələmə verir və bunun heç bir elmi və tarixi izahı yoxdur. İran prezidenti Həsən Ruhani seçki öncəsi təbliğat-təşviqat dönəmi Azərbaycan türklərinə bir çox vəd verdi. O vədlər arasında “türk dili və ədəbiyyatı mədəniyyət evi”nin yaradılması məsələsi var idi. Lakin H.Ruhani prezident olduqdan sonra verdiyi vədlərin üzərində durmadı və verdiyi sözləri yerinə gətirmədi. O Mayın 20-də (ordibeheştin 30-da) Təbrizə etdiyi səfərdə əhalinin ciddi etirazı ilə qarşılandı və soydaşlarımız ona verdiyi vədləri xatırlatdılar. Ruhani isə bu etirazlara başqa bir saxtakarlıqla cavab verdi. Xəbər verdiyimiz kimi o “türk dili və ədəbiyyatı mədəniyyət evi” deyil “Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi” yaratdı. Lakin yaradılan mərkəz onun verdiyi vədə heç bir şəkildə uyğun gəlmir və bu mərkəz əslində fars şovinizminin hədəfləri uğrunda işləyəcək və onun fəaliyyəti Azərbaycan türkcəsini unutdurmağa və etibarsız etməyə yönəlib. Bu barədə keçmiş xəbərlərimizdə geniş məlumat yayılıb. Geri dön |