Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı fəallar məhkəmənin çıxardığı həbs qərarına etiraz etdilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı fəallar məhkəmənin çıxardığı həbs qərarına etiraz etdilər

Azərbaycanlı fəallar məhkəmənin çıxardığı həbs qərarına etiraz etdilər


Azərbaycanlı milli-mədəni fəallar məhkəmənin çıxardığı həbs qərarına etiraz ediblər.
Hüseyn ƏliMəhəmmədi və Taha Kirmani Təbriz inqilab məhkəməsinin 3-cü şöbəsinin çıxardığı 10 il həbs qərarına etiraz edib və apelyasiya məhkəməsində (təcdide nəzər məhkəməsi) yenidən məhkəmə iclasının təşkil edilməsini tələb ediblər.

Fəalların vəkilləri Cəfər Əfşarniya və Əmir Bəxşi artıq etiraz ərizəsini məhkəməyə təqdim edib. Onlar “məhkumluq üçün heç bir sənədin göstərilməməsi” və “Bəraət prinsipinin açıq pozulması” kimi dəlillər gətirərək ziddiyyətli məhkəmə hökmünə etiraz ediblər.

Qeyd edək ki, Ötən ay (ordibeheşt ayının 22-də) Təbrizin inqilab məhkəməsi Hüseyn Əliməhəmmədi və Taha Kirmanini islam müqəddəsatını təhqir etmək və islam hökumətinə zərbə vurmaq məqsədi ilə ictimai mülkiyyəti yandırmaqda ittiham edib və hər birini 10 həbs cəzasına məhkum edib. Məhkəmə tərəfindən elan olunan mətndə müttəhimlərin müqəddəsata təhqiri buna əsaslanır ki, İran bayrağının üzərində “Allah” sözü var və həmin bayraq müttəhimlər tərəfindən yandırılıb. Lakin fəallar bu ittihamı təmami ilə əsassız sayıb və rədd ediblər.

Adını çəkdiyimiz fəallar bundan öncə “Susma” dərgisi və “Susuz göl” veblaqında yaydıqları bir mətləbə görə sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etməkdə günahlandırılıb və 3 il həbs cəzasına məhkum edilmişdir. Həmin hökm apelyasiya məhkəməsi (təcdide nəzər məhkəməsi) tərəfindən də təsdiqlənib.

Taha Kirmani 2013-cü il noyabrın 4-də (1392-ci il abanın 13-də) saxlanılıb və sorğu-suala tutulduqdan sonra Təbriz zindanına köçürülüb. O 5 aydan çox saxlanıldıqdan sonra 2014-cü il aprelin 15-də (1393-cü il fərvərdinin 26-da) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Taha Kirmani ilə birlikdə və bənzər ittihamlarla yaxalanan Hüseyn Əliməhəmmədi isə hazırda Təbrizin mərkəzi zindanının 12-ci bölümündə saxlanılır. O son dəfə 2015-ci il martın 1-də (1393-cü il isfəndin 10-da) yaxalanıb və Təbriz zindanına intiqal edilib.

Geri dön