Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Rüfət Muradlı: -Təbriz Gecəsinə çamur atanlar Azərbaycanın varlığına qarşı çıxanlardır
Rüfət Muradlı: -Təbriz Gecəsinə çamur atanlar Azərbaycanın varlığına qarşı çıxanlardır |
Son günlər Bakıda Borçalı Cəmiyyətinin təşkilatşılığı ilə sayca ikinci möhtəşəm "Təbriz Gecəsi" keşirilib. Tədbirdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri iştirak etmiş, Güney azərbaycandan gələn bəzi soydaşlarımıza ilk dəfə olaraq "Cavad Heyət Mükafatı" təqdim olunmuşdur. İştirakçıların "Gecənin" yaddaqalan , şirin təəsüratlarını bölüşdüyü bu günlərdə Təbriz Gecəsinin keçirilməsinə qarşı olan bəzi qüvvələr tədbir haqda fərqli fikirlər səsləndirməyə, Təbriz adına keçirilən bu gecəyə kölgə salmağa başlamışlar. Elə bu məqsədlə tədbirin təşkilatçılarından biri Ümid Partiyasının və Borçalı Cəmiyyətinin sədr müavini , BAO MŞ-nın üzvü Rüfət Muradlının fikirlərini öyrəndik. R.Muradlı redaksiyamıza açıqlamasında: "Təbriz Gecəsinə çamur atmaq istəyənlər əslində Azərbaycanın varlığına, Təbrizin düşüncəmizdə illərlə kök salan müqəddəs adına, Bütövlük məfkurəsinə qarşı çıxanlardır. 3 ilə yaxındır ki, Güney Azərbaycan adına aşağı-yuxarı əlimizdən nə gəlibsə etmişik, təki soydaşlarımız özlərini tənha hiss etməsinlər. Yəni Quzey Azərbaycanda da onların dərdlərinə biganə qalmayanlar və onların haqlı mübarizəsini dəstəkləyənlər vardır deyə düşünsünlər, iradələri qırılmasın. Sonucda biz mənəvi borcumuzu ödəyiriksə, üstümüzə nəinki Tehrandan, hətta onun Bakıda və dünyanın müxtəlif ölkələrindəki muzdurlarından kifayət qədər hücumlar olub və yəqin ki, yenə olacaq. Dəfələrlə hədələnmişik ,təhqir olunmuşuq. Hədəfləri də bu haqlı mübarizəyə dəstəyimizi dayandırmaq olub. Bu müddət ərzində Güneydəki soydaşlarımın milli mücadiləsinə dəstək verməkdə Borçalı Cəmiyyətinin nə qədər səmimi və israrlı olduğunun şahidi oldum. Cəmiyyət son dönəmlər regionçuluq düşüncəsindən cıxaraq öz fəaliyyətində milli problemləri kifayət qədər ciddi şəkildə qoymağı bacardı. Təbii ki, bu qədər ağır yükü çiyinlərinə alan quruma qarşı gələnlər də olacaq. Özəlliklə Təbriz Gecəsinin Güneydəki soydaşlarımız arasında yüksək səviyyədə qarşılanması yəqin ki, "Ettelaat" üçün həyəcan təbili çalmışdır. Bakıda da onun uzantılarının olması istisna olunmur. Və əlbəttə ki bu yola çıxan hər kəs bu kimi iyrənc çamuratmalara hazır olmalıdırlar."- deyə bildirdi.
bao.az Geri dön |