Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Duz fırtınası Şərqi Azərbaycanda əkinçiliyi məhv edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Duz fırtınası Şərqi Azərbaycanda əkinçiliyi məhv edir

Duz fırtınası Şərqi Azərbaycanda əkinçiliyi məhv edir


Urmiya gölünü canlandırma mərkəzinin rəisi İsa Kəlantəri gölün şərqində yerləşən bağların aradan getməsi ilə bağlı öz nigaranlığını bildirib.
İsa Kəlantəri bildirib ki, “Bu bağlar duz fırtınalarına məruz qalır və hətta Məlikan və Əcəbşer kimi məntəqələrdə bir çox bağlar təmami ilə məhv olub.”

Urmiya gölünü canlandırma mərkəzinin rəisi “Mizan”-ın jurnalisti ilə danışıqda bəyan edib ki, “bu vəziyyət davam edərsə bölgədə daha çox bağın aradan getməsinə şahid olacayıq. Şərqi Azərbaycan Vilayəti digər bölgələrə nisbətən daha çox ziyan görəcək və bu məntəqədə əkinçilik işləri təhlükə altına düşəcək. Urmiya gölü ətrafında isə kənd təsərrüafı işləri olduqca məhdudlaşıb.”

İ.Kəlantərinin sözlərinə görə, “Urmiya gölündə suyun səthi ötən ilə nisbətən 6 santimetr yüksəlib. O bu yüksəlişi gölün dibində toplaşan çöküntülər, ötən ildəki yağıntılar və 170-180 milyon kubmetr suyun bəndlərdən azad edilməsi ilə əlaqələndirib.”

Geri dön