Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəfsəncani: Əhmədinejadın 8 illik hökuməti cəmiyyətin canına düşən quduzluq xəstəliyi kimi bir şey idi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Rəfsəncani: Əhmədinejadın 8 illik hökuməti cəmiyyətin canına düşən quduzluq xəstəliyi kimi bir şey idi

Rəfsəncani: Əhmədinejadın 8 illik hökuməti cəmiyyətin canına düşən quduzluq xəstəliyi kimi bir şey idi


Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani bir qrup Dezful əhalisi ilə görüşərək ölkənin üz-üzə qaldığı problemlərdən və həmin problemlərin ortaya çıxmasında rolu olan keçmiş prezident Mahmud Əhmədinejad hökumətindən danışıb.
Əhmədinejad hökumətini boşboğazlıqda və yalnız şüar verməkdə günahlandıran Rəfsəncani onun ölkə prezidenti vəzifəsinə seçilməsində rolu olan bir sıra ruhanilərdən gileylənib: “İnsafla danışsaq əgər, Əhmədinejadın vəzifə üçün irəli sürülüb təqdim edilməsində və ona dəstək verilməsində ruhanilərin böyük təqsiri var. Təəssüflər olsun ki, həmin ruhanilərin çoxu indi də ona dəstək verir, əvvəlki mövqelərindən hələ də əl çəkməyiblər.

Əhmədinejad hökuməti cəmiyyətdə əxlaq və onun prinsiplərini məhv etmək üçün əlindən gələni etdi. Əxlaqın çöküşü nəticəsində isə biz ziyana və ağır zərbələrə məruz qoyulduq. Keçmiş hökumətin müxtəlif sahələrdəki səriştəsizliyi ucbatından ölkə viranəyə qoyularaq cəmiyyətə ümidsizlik hissi aşılandı, millətlə ölkə rəsmiləri arasındakı birliyə xələl gətirildi. Əhmədinejad hökuməti cəmiyyətin canına düşən quduzluq xəstəliyi kimi bir şey idi. Həmin 8 illik quduzluğun təsiri isə cəmiyyətimizə uzun müddətə qədər daima zəhər aşılamasına kifayət edər”.

Geri dön