Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanı Avropa Oyunlarında yeni medallar gözləyir
Azərbaycanı Avropa Oyunlarında yeni medallar gözləyir |
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun iştirak etdiyi görüşə yarışın X günündə medal qazanan idmançılar qatılıb. MOK rəsmiləri bədii gimnastikanın fərdi lent yarışında gümüş medal qazanan Marina Durunda və batut gimnastikasında kişilərin fərdi yarışında 3-cü olan İlya Qrişunini mükafatlandırıblar. İ.İsmayılov Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirib: “Zəfər günləri” Avropa Oyunlarının startından bəri ənənəvi olaraq hər gün keçirilir. İdmançılarımızın ilk gündən medallar qazanması dövlətimizin bu sahəyə olan qayğısının bəhrəsidir. Bu qayğının da əsası Heydər Əliyevin vaxtında qoyulub. İdmançılarımız ötən il müxtəlif ölkələrdə ümumilikdə 805 medal qazanıblar. Azərbaycan idman sahəsində artıq hegemon dövlətlərdən biridir”. Nazir müavini Azərbaycanın Avropa Oyunlarındakı medal sayının artacağını söyləyib: “Avropa Oyunlarında bu günə qədər artıq 35 medal əldə etmişik ki, bu da əlamətdar hadisədir. Gimnastika üzrə yarışlarda 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmağımız ölkənin birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qayğısının nəticəsidir. İnanıram ki, digər idman növlərində də medallarımız olacaq. Samboçularımızdan 4-ü artıq finaldadır. Həmçinin 3-ü bürünc medal uğrunda mübarizə aparacaq. Boksçularımızdan da medallar gözləyirik. Bundan başqa, cüdo yarışları da hələ başlamayıb. Cüdoçularımızın da etimadı doğruldacaqlarına əminəm”. Geri dön |