Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycana virtual hücum nə zaman başladı?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Azərbaycana virtual hücum nə zaman başladı?

Azərbaycana virtual hücum nə zaman başladı?


DAVAM.AZ - a hücumlara cavab olaraq DAVAM dedik!

Azərbaycanın virtual məkanına əcnəbi serverlərdən hücumlar həyata keçirilib. Yayılan məlumata görə, bir sıra rəsmi saytlar dağıdılıb, bir çoxlarının fəaliyyətində ləngimələr yaranıb. Dörd gün öncə DAVAM.AZ xəbər portalında problemlər yaranmağa başladı, sayta daxil olmaq mümkünsüz oldu. Yaranmış problemlə əlaqədar oxucularımız bizə məktublar yazmışdılar. Bərpa prosesi qısa müddətə həyata keçirildiyindən açıqlama verməyi lüzum görməmişdik. Həm də DAVAM.AZ portalının serverinin Azərbaycandan kənarda yerləşməyi onun təhlükəsizliyinin qorunmasına səbəb olmuşdur. Saytın təhlükəsizliyinə cavabdeh şəxsin verdiyi məlumata görə, hazırda hər şey nəzarət altında saxlanılsa da, hücumlar davam edir. Buna görə də sayta daxil olmada ləngimələr olur. Buna görə də DAVAM.AZ olaraq bir sıra rəsmi saytların dağıdılmasından sonra oxuculara açıqlama verməyi lazım bildik. Onu da bildirək ki, 19 yanvardan etibarən saytımızın bütün problemləri aradan qaldırılacaq və hər şey DAVAM edəcək!

Sizin DAVAM.AZ xəbər portalı

Geri dön