Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı millət vəkili: Traxtur-Neft müsabiqəsinin pərdə arxası bilinməlidir
Azərbaycanlı millət vəkili: Traxtur-Neft müsabiqəsinin pərdə arxası bilinməlidir |
Mayın 15-də Təbrizdə “Traxtur”la Tehranın “Neft” komandası arasında qalmaqallı müsabiqə keçirildi. Həmin müsabiqədə İran super liqasının çempionu müəyyən edilməli idi. Xəbər verdiyimiz kimi, hakim Əlirza Fəğaninin qərəzli qərarları və rəsmi orqanlar tərəfindən bir ssenari əsasında İsfahanda keçiriməkdə olan “Sepahan “müsabiqəsi ilə bağlı yalan məlumatın yayılması nəhayət ki, “Traxtur” komandasını çempion olmaqdan məhrum etdi. Bu barədə həftələr keçsə də Azərbaycan türk milləti, yerli millət vəkilləri, bir çox rəsmi şəxs və “Traxtur” klubu dəfələrlə öz etirazını bildirib və komandaya qarşı vurulan maddi-mənəvi ziyana görə təzminat və qanunu pozanların cəzalandırılmasını tələb ediblər.
Son məlumata görə, Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili “Mehr” xəbər agentliyinin jurnalisti ilə söhbətdə parlamentdə qalmaqallı müsabiqə ilə bağlı danışığını xatırladaraq bildirib ki, “hakim Əlirza Fəğaninin qərarları təsadüfi deyildi. Düşünürəm ki, hakimin verdiyi qərarlar ədalətsiz idi. “Traxtur” komandasının oyunçusunu oyundan çıxartması və “Traxtur”un xeyirinə olan penaltinin tutulmaması ədalətsiz qərar idi. Hakim oyunun son 20 dəqiqəsində elə bir vəziyyət yaratdı ki, hər şey “Traxtur”un əleyhinə işlədi. Bu yanaşma keçmişdə də olub. Hesab edirəm ki, hakimin səhvləri, yalan məlumatın yayılması və qanunu pozanların əleyhinə çıxarılan sözdə qərar, Şərqi Azərbaycan əhalisinə qarşı hörmətsizlik və təhqirdir.” Məhəmməd İsmail Səidi Futbol Federasyonu və Liqa Təşkilatı məsullarının gətirdiyi izahları qaneedici saymayıb və bildirib ki, biz məsələnin dəqiq araşdırılmasını və tam aydınlaşmasını tələb edirik. Millət vəkili Torkinin deyil, Fəğaninin hakim seçilməsi məsələsinə də toxunub və bildirib ki, Fəğani keçmişdə də “Traxtur”un əleyhinə qərarlar çıxarıb və ona görə də, bu mühüm müsabiqədə Fəğani hakim kimi seçilməməli idi. Millət vəkili vurğulayıb ki, “mənim “Traxtur” takımına xüsusi rəğbətim var. Ona görə ki, bu komanda Azərbaycana aiddir və Şərqi Azərbaycanın iftixarıdır. Onun uğur qazanması üçün əlimdən gəlini edərəm.” M.S Səidi sözlərinin sonunda deyib: ““Traxtur”a maliyyə yardımı edilməlidir və mən bu zəmində müəyyən bir mövzu üzərində işləyirəm. Ola bilsin ki, maliyyə baxımından “Traxtur”un işinə yarasın. Bu yardım dövlət vəsaiti hesabına ola bilər... .” Geri dön |