Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran-Əsəd-PKK üçlüyünün anti-Türkiyə planını üzə çıxardı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran-Əsəd-PKK üçlüyünün anti-Türkiyə planını üzə çıxardı

İran-Əsəd-PKK üçlüyünün anti-Türkiyə planını üzə çıxardı


2010-cu ildə Amerikanın diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən “WikiLeaks” saytının Səudiyyə Ərəbistanı ilə bağlı dərc etdiyi sənədlərdə Tehranın anti-Türkiyə planları öz əksini tapıb.



“Wikileaks”ın dərc etdiyi 70 min sənədin bəzilərində İranın Suriya lideri Bəşər Əsədə PKK terror təşkilatı ilə strateji ittifaqın qurulması üçün təzyiq etdiyi göstərilir.

Sənədlərə görə, Səudiyyə kəşfiyyatının hökumət üzvlərinə göndərdiyi məktubda İran başda olmaq üzrə Suriya rejimini dəstəkləyən ölkələrin Türkiyəyə qarşı PKK ilə ittifaqın qurulması üçün Dəməşqə təzyiq göstərdiyi deyilir. Qeyd edilir ki, Suriya rejimini dəstəkləyən ölkələr bu ittifaqın Bəşər Əsədin hakimiyyətdə qalması üçün həyati əhəmiyyət daşıdığını düşünür.

Başqa bir sənəddə isə Əsədə edilən təzyiqdən sonra Suriya hökumətinin PKK ilə görüşdüyü və Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması fikrinə qarşı əməkdaşlıq təklif etdiyi bildirilir. Sənədlərin birində isə deyilir ki, Səudiyyə Ərəbistanının kəşfiyyat agentləri İsrailə qarşı strateji hücumlarda rol alması üçün Əsəd rejimi ilə Livan “Hizbullah”ı arasında ittifaq yaratmağa çalışacaq.

Geri dön