Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncədən İranlı Mühacirlər Cəmiyyəti DAVAM qazetinin Təbriz bölümünə məktub göndərib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Gəncədən İranlı Mühacirlər Cəmiyyəti DAVAM qazetinin Təbriz bölümünə məktub göndərib

Gəncədən İranlı Mühacirlər Cəmiyyəti DAVAM qazetinin Təbriz bölümünə məktub göndərib


Çox hörmətli DAVAM qazetinin Təbriz səhifəsinin əməkdaşları diqətinzə çatdırıram ki,Mən Tofiq Həsənzadə Gəncə İranlı Mühacirlər Cəmiyyəti Gənclər təşkilatının sədri Ötən il Təbrizdə olarkən ustad aşıq və inqlabçı Hüseyin Cavan-ın doğma kəndi Uti də onun doğmalarının qonağı oldum.
Kəndin bir ağsaqqalı ustad aşığın bugünə qədər heç bir yerdə dərc olunmamış “Təbriz” şeirini mənə verdi və onun çap olunmasını xahiş etmişdir.Həmin şeri sizə təqdim edirəm və bu şeri ilkdəfə olaraq DAVAM qazetində çap olunmasını xahiş edirəm.
Öncə mərhum ustad Aşıq Hüseyin Cavan haqında qısa məlumatı diqətinizə çatırıram:
Aşıq Hüseyn Cavan 1916-cı ildə Güney Azərbaycanın Gərmədüz mahalının Uti kəndində yoxsul ailədə doğulmuşdur.
Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirmişdir. Onlar bir müddət Ağdamın Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşamışlar. 7 yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışdır. 1927-ci ildə Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Musanın şagirdi olmuşdur (1927-1935).
Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunmuşdur. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır. Milli-demokratik hərəkat təlatümə gəldiyi zaman səngərdən-səngərə gəzmiş, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırmışdır. Milli hökumət onu "21 Azər" medalı ilə təltif etmişdir. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışmış, inqilabi ruhlu nəğmələri ilə çıxış etmişdir. Burada aşıqlar ansamblı yaratmışdır. Azərbaycan Demokrat firqəsi və milli hökumət ona xalq artisti fəxri adını vermişdir.
1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləmişdir. Sonra Qasım İsmayılov rayonunun Əzizbəyov kəndində yaşamışdır (1948-ci ildən). Ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak etmiş, Böyük teatrda çıxışı hərarətlə qarşılanmışdır. Respublika özfəaliyyət incəsənət festivalının laureatı olmuş, birinci dərəcəli diplom almışdır (1953).
Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin bədii rəhbəri olmuşdur. "Şərəf nişanı" ordeni və fəxri mükafatlarla təltif edilmişdir.
1985-ci il noyabrın 14-də vəfat etmişdir.
Əsərləri
1.Azadlıq mahnılan. Bakı: Azərnəşr, 1950, 35 səh.
2.Aşığın arzuları. Bakı: Uşaqgəncnəşr, 1950, 94 səh.
3.Şerlər. Bakı: Uşaqgəncnəşr, 1953, 56 səh.
4.Sədəfli saz. Bakı: Azərnəşr, 1956, 92 səh.
5.Qoşmalar. Bakı: Azərnəşr, 1959, 148 səh.
6.Şerlər. Bakı: Azərnəşr, 1962, 114 səh.
7.Danış telli sazım. Bakı: Azərnəşr, 1966, 116 səh.
8.El aşığı. Bakı: Azərnəşr, 1975, 106 səh.
9.Bahar kimi. Bakı: Yazıçı, 1979, 76 səh.
Yaradıcılığı
Aşıq şerinin bütün növlərində yazan aşıq Cavan əsasən gəraylı və qoşmalara üstünlük vermiş, Güney Azərbaycanın gözəlliklərini, qəhrəmanlarını öz şeirlərində vəsf etmişdir:
Gözlərim vətəni qəmli görəndə.Dərdim təzələndi, xəyala düşdüm.Xalqın naləsindən, xalqın ahından,Alışdım odlara, bu hala düşdüm.Cəlladlar əlində dağılır vətən,Ayrılır analar körpələrindən,Elin naləsini eşitdikcə mən,Dolandım, mahaldan mahala düşdüm.
Şeirlərində tez-tez Güney Azərbaycanın dağlarını, şəhərlərini qeyd edən Cavan "Qaradağ" rədifli qoşmasında bunları yazır:
Təbriz bir anadır, sən də oğlusan,El bilir, ürəkdən ona bağlısan,Oğlun Səttarxandan sinə dağlısan,Onuncün ağarıb başın Qaradağ.
Hüseyn Cavan Güney Azərbaycanda olduğu kimi Quzey Azərbaycanda da sevilir. Həm Güney, həm də Azərbaycanın bir çox aşıqları onun təsiri ilə şeirlər yazmışlar.
İranda Pişəvəri hökuməti məğlub olandan sonra Azərbaycana gələn Cavanın burada bir çox şeir və qoşmaları məşhur olmuş, bundan başqa aşıq üç xalq dastanı qoşmuşdur.
Əliyev Hüseyn Mikayıl oğlu – şair, aşıq, 1948-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, (1946), Azərbaycan Demokrat Partiyasının üzvü və (1967) Azərbaycanın əməkdar mədəniyyət işçisi adına layiq görünmüşdür.

Təbriz

Saralıb boynuna bir körpəsayaq,
Doyunca hüsnünə baxaydım Təbriz
Sən olaydın bir dağ mən də bir bulaq
Şırhaşır köksündən axaydım Təbriz

Kəsəydim zalımın ömür bağını,
Köksünə çəkəydim hicran dağını
Yaman gözlə sənə baxan yağını,
Yandırıb odlara yaxaydım Təbriz

Qüssənin, kədərin kəsib hayını,
Qurtarardım xalqın ahı-vayını
İşgəncə ocağı qan sarayını
Bütün yer üzündən yıxaydım Təbriz

Sən də tullayaydın hicran yükünü,
Xalq bayram edəydi o böyük günü
Xain ürəklərə polad süngünü,
İntiqam eşqiylə çaxaydım Təbriz

Cavan Hüseyn gecə - gündüz intizar
Yaralı qəlbində min bir arzu var
Qoynunda quraydım xəzansız bahar,
Mən də öz borcumdan çıxaydım Təbriz.
Hörmətlə:
Tofiq Həsənzadə
Gəncə İranlı Mühacirlər Cəmiyyəti Gənclər təşkilatının sədri
18.01.2012
Yazını hazırladı,DAVAM qazetinin Təbriz səhifəsi
Əlirza Amanbəyli

Geri dön