Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azadlığın misilsiz dəyər olduğunun dərk edildiyi gün
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Azadlığın misilsiz dəyər olduğunun dərk edildiyi gün

Azadlığın misilsiz dəyər olduğunun dərk edildiyi gün


20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.

Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

O, şanlı şənbə gecəsi Azərbaycan xalqı min illik qəhrəmanlıq tarixini dünyaya yenidən göstərdi. O, öz varlığını bir daha sübut etdi. O, sübut etdi ki, bu xalq azadlığı yolunda ölümə də hazırdır. Ölümə hazır olmayan millət isə azadlığını qazana bilməz. Cavanlarımız sübut etdilər ki, bu millət üçün azadlıq zərurət səviyyəsinə yüksəlmişdir. Azadlığını zəruriyyət bilən bir xalq isə artıq yetkin xalqdır.

Bu cavanlar silahla deyil, ölümlərilə ölüm saçan tanklara meydan oxuyarkən artıq ölümün o tayına- ölümdən yüksək olan Şəhidlik mərtəbəsinə yüksəldilər. Bu mərtəbədə onlar Babəkin, Nəsiminin və Koroğlunun xeyir-duasını qazandılar. Onlar məlum həqiqəti bir daha təsdiq etdilər ki, Vətən oğulları Vətən uğrunda ölməyi bacarmasa Vətən dirilməz. Vətən uğrunda ölməyi bacaran oğullarımızın şücaəti sayəsində biz indi özümüzü dünyaya tanıda bildik.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

1990-cı il 20 Yanvar hadisələrindən 22 il keçir… Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Lakin bu gün həmin tarixə necə dəyər veririk? Ümumiyyətlə, dəyərləndirə bilirikmi? Deyərdim ki, haqlı olaraq, bundan sonra "Vətən"ə qoşulu ifadələri dırnaq altına alsaq məqsədəuyğun olar. Vətəni işğal alıtnda olanın "vətən"i dırnaq altında olar... Deyilə bilər ki, bəs əsrimizin qəhrəmanları olan Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov, onlar necə?.. Düşünək: “Neçə Ramillər, Mübarizlər, Fərdilər gərəkir bu xalqı xilas etmək üçün?”...

Vətənpərvərlik sözlə deyilib bitmir. Göz yaşlarla vətənpərvərlik qazanılmır. Qara torpaq altında yatan Şəhidin qanı göz yaşı ilə yuyulmur. Onları nəinki sözdə, əməldə də yaşatmaq lazımdır.

Biz tarix boyu minlərlə şəhid verib, qalib gələn millətik. Millət olaraq azadlığımızı qanımız bahasına əldə etmişik. Və nəyin bahasına olursa-olsun, azadlğımızı qorumalı, milləti uğrunda canından keçən Şəhidlərimizə dəyər verməliyik. Budur bizim Vətən Şəhidləri qarşısında qutsal borcumuz !!!

Aysel ARAZ

Geri dön