Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanın kişi və qadın qılıncoynatma komandaları güclərini sınayırlar
Azərbaycanın kişi və qadın qılıncoynatma komandaları güclərini sınayırlar |
Bu gün Bakı-2015 I Avropa Oyunlarının qılıncoynatma yarışlarına yekun vurulacaq. Trend-in məlumatına görə, yarışın son günündə komanda yarışları keçiriləcək.
Azərbaycanı kişi sablyaçılar və qadın şpaqaçılardan ibarət komandalar təmsil edəcək. Hər iki komandamız mübarizəyə 1/4 finaldan başlayacaq. Daha çox ümidlər bəslənən qadın yığmamız Ukrayna ilə görüşəcək. Qılıncoynatmada medal qazanan hər iki təmsilçimiz Sevil və sevinc Bünyatova bacılarının, həmçinin təcrübəli Səbina Mikinanın yer aldığı yığmamız komanda yarışında da iddialıdı. Fərdi yarışlarda sablyada çıxış edən idmançılarımız komandada şpaqa ilə bacarıqlarını nümayiş etdirəcək. Amma onların ilk rəqibi də məşhur Olqa Xarlanın yer aldığı güclü Ukrayna millisidi. Bu qarşılaşmada qalib gələn komanda 1/2 finalda Rusiya ilə üz-üzə gələcək. Kişilər Rusiya millisi ilə üz-üzə gələcək. Bü cütün qalibi yarımfinalda İsveçrə ilə görüşəcək. 27 iyun Kişilər, sablya 1/4 final 09:00. AZƏRBAYCAN – RUSİYA Vəkil Nəsirov – Sergey Bida Kənan Əliyev – Anton Qlebko Mehrab Həsənov – Dmitri Qusev Nəcəf Məhərrəmov – Sergey Xodos Qadınlar, şpaqa 1/4 final 09:30. AZƏRBAYCAN – UKRAYNA Sevil Bünyatova – Olqa Xarlan Səbina Mikina – Alyona Kravatska Fatimə İbrahimova – Alina Komaşuk Sevinc Bünyatova – Olqa Jovnir Geri dön |