Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Nazir Əli Abbasov: “Azərbaycan saytlarına kibermüdaxilələr İran və Niderlanddan olub”
Nazir Əli Abbasov: “Azərbaycan saytlarına kibermüdaxilələr İran və Niderlanddan olub” |
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri iranlı həmkarına məktub göndərib
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yanvarın 16-da ölkədə fəaliyyət göstərən 25 internet resursuna kibermüdaxilə olunması ilə bağlı açıqlama verib. Nazir bildirib ki, son illər əsasən inkişaf etmiş ölkələrdə kibermüdaxilələrin artması müşahidə olunur ki, bu da internetin inkişafı ilə bağlıdır: “Bizim regionda, o cümlədən İran, İsrail və Səudiyyə Ərəbistanında da belə hallara rast gəlinir”. Ə.Abbasov yanvarın 16-da baş verən kibermüdaxilələrin nəticələrinin iki saat ərzində aradan qaldırıldığını bildirib: “Bu istiqamətdə araşdırmalarımız başa çatıb. Məlum olub ki, kibermüdaxilələr Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin serverində yerləşən saytlara olub. Müdaxilələrin 24-ü İrandan, 1-i isə Niderlanddan olub”. Nazir hadisə ilə bağlı dünən iranlı həmkarına məktub göndərdiyini vurğulayıb: “Məktubda İranın rabitə nazirindən xahiş etmişəm ki, kibermüdaxilələrin olunduğu dəqiq ünvanlar müəyyənləşsin. Adətən kibermüdaxilələrin gəldiyi ölkələr tranzit ölkə olaraq seçilir. İnanıram ki, bu qanunsuz haker fəaliyyətinin İran hökumətinə, İranın heç bir dövlət strukturuna aidiyyəti yoxdur. Yanvarın 17-də İranın 35, yanvarın 19-da isə Ermənistanın 315 saytına müdaxilə olunub. Azərbaycan bu məsələlərdə diqqəti artırmalıdır və təkcə region ölkələri ilə deyil, bütün ölkələrlə beynəlxalq əməkdaşlığı gücləndirməlidir. Bu sahədə İrana yardım lazım olsa, kömək etməyə hazırıq”. Ə.Abbasov deyib ki, Azərbaycanda internet səhifələrinin açılması sahəsində sərbəstlik olduğundan, belə boşluqlar yaranır, qeyri-peşəkar saytlar yaradılır: “Qərara gəlmişik ki, bu sahədə kompleks tədbirlər həyata keçirək. Bura normativ hüquqi sənədlərin hazırlanması, texniki və təşkilati tədbirlərin həyata keçirilməsi aiddir. Ola bilsin ki, bundan sonra dövlət saytları yaradılarkən xüsusi sertifikatlar tətbiq olunsun”. Geri dön |