Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Son günlərdə həbs edilən azərbaycanlı fəal barəsində yeni məlumat
Son günlərdə həbs edilən azərbaycanlı fəal barəsində yeni məlumat |
Xəbər verdiyimiz kimi, Azərbaycanlı milli-mədəni fəal Şükrullah Qəhrəmanifərd İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O iyunun 24-də (tirin 3-də) Kəleybərdə öz şəxsi evində yaxalanıb və Əhər zindanına aparılıb.
GünAz TV mətbuat mərkəzinin GAMAC-ın rəsmi saytına istinadən yaydığı məlumata görə, Ş.Qəhrəmanifərd 6 aylıq həbs cəzasını çəkmək üçün saxlanılıb. Təbrizin inqilab məhkəməsi fəalı hökumətin əleyhinə təbliğdə suçlayaraq onu 6 ay həbs cəzasına məhkum edib. Məhkəmə hökmü apelyasiya məhkəməsi (təcdide nəzər məhkəməsi) tərəfindən olduğu kimi qüvvədə saxlanılıb. GAMAC-ın rəsmi saytında yayılan məlumatda bildirilir ki, azərbaycanlı fəala yaxın şəxslərdən biri onun barəsində yeni məlumat verib. Məlumata görə, Ş.Qəhrəmanifərdin həyat yoldaşı hamilədir və onların təxminən 2 həftə sonra övladları dünyaya gələcək. O üzdən həyat yoldaşı Ş.Qəhrəmanifərdə rəməzan ayında verilən 15 günlük məzuniyyət üçün inqilab məhkəməsinə müraciət edib. Hakim (qazı) isə razılaşıb və fəalın məzuniyyətə çıxması üçün mülki vəsiqə də tələb olunub. Vəsiqə təhvil verildikdən sonra fəalın həyat yoldaşı Kəleybər məhkəməsinə müraciət edib və Əhər zindanına aparmaq üçün məzuniyyət məktubunu tələb edib. lakin hakim sözügedən məktubu verməkdən imtina edib və bildirib ki, “ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsindən göstəriş verilib ki, ona məzuniyyət verilməsin və biz bu göstərişi yerinə yetirməliyik.” Qeyd edək ki, Xudafərin şəhəri məktəblərinin (mədrəsə) müəllimi bundan öncə mədəni fəaliyyətlərinə görə yaxalanıb, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanası və Təbrizin mərkəzi zindanında 122 gün saxlanıldıqdan sonra 220 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Adını çəkdiyimiz fəal mədəni fəaliyyətlərinə görə bundan öncə də dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Geri dön |