Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Avropa Oyunları ilə yazılan tarix
Avropa Oyunları ilə yazılan tarix |
Fərəc Quliyev: “Bu yarışlar təkcə idman tariximizə deyil, ümumiyyətlə, Azərbaycan tarixinə ciddi bir imza qoydu”
Rauf Zeyni: “Bu Oyunlarla göstərdik ki, müsəlman, türk olmağımızla yanaşı, həm də avropalıyıq, tolerantıq” Azər Həsrət: "Hər şey mükəmməl səviyyədə icra edildiyindən, xaricdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan adamlar susmuşdular” Azərbaycanda təşkil olunan ilk Avropa Oyunları uğurla başa çatdı. Bakıda keçirilən bu Oyunlar ilk olmaqla yanaşı, həm də möhtəşəmliyi ilə yadda qaldı. Azərbaycan öz fəaliyyəti ilə göstərdi ki, böyük tədbirləri belə yüksək səviyyədə təşkil etmək gücündədir. Bu Oyunlar, gələn qonaqlara göstərilən yüksək xidmət dünya miqyasında Azərbaycanın imicini daha da yüksəltdi. Avropa Oyunları həm də Azərbaycan idmanının böyük uğurları ilə yadda qaldı. Belə ki, 17 gün davam edən oyunların sonu olaraq ümumkomanda yarışında ölkəmiz 21-i qızıl olmaqla, 56 medala sahib çıxdı və bu göstəriciyə görə 50 ölkə arasında ikinci yeri tutdu. Heç şübhəsiz, bu Oyunlar Azərbaycanın daha yeni-yeni uğurlara imza atmasında bir tramplin rolunu da oynayacaq. Millət vəkili Fərəc Quliyev bildirdi ki, bu yarışlarla dünya bir daha Azərbaycanı tanıdı: "Ölkəmizdə keçirilən bu Oyunlar təkcə idman yarışı deyil, həm də mədəniyyətlərin bir yarışı idi. Azərbaycan ciddi şəkildə özünün kimliyini, pasportunu bir daha ortaya qoya bildi. Çoxsaylı təzyiqlərin olmasına baxmayaraq, Azərbaycan sübut etdi ki, mədəniyyətlərin müxtəlifliyindən formalaşan bəşər mədəniyyətini inkişaf etdirən, onu yaradan, mütəşəkkil bir xalqdır. Azərbaycan cəmiyyəti dünyaya inteqrasiyada maraqlı olduğunu da göstərdi. Bu Oyunlar daxilə də bir birlik mesajı idi. Zənnimcə, idmançılarımızın da göstərdikləri nəticələr, ünumkomanda yarışında ikinci yeri qazanmaları da mühüm əhəmiyyət kəsb etdi. 50 ölkə arasında ikinci yerə sahib olmaq elə də sadə məsələ deyil. Hüquq-mühafizə orqanlarının yarışlar dönəmində mütəşəkkil işləməsi, məmurların bu 17 gündə mütəşəkkillik və mədəni səviyyə göstərməsi mühüm hadisə oldu. Bu yarışlar təkcə idman tariximizə deyil, ümumiyyətlə, Azərbaycan tarixinə ciddi bir imza qoydu. Azərbaycan bir neçə sahədə uğur qazandı. Birinci növbədə onu göstərdik ki, böyük yarışların keçirilməsinə hazır və layiq olan xalqıq. Yarışlar həm də onu göstərdi ki, Azərbaycan ədalət, sülh və barışıq axtaran bir xalqdır. Onu göstərdik ki, Ermənistandan fərqli olaraq Azərbaycan heç də monoetnik dövlət deyil. Azərbaycan hamı ilə əməkdaşlıqda maraqlıdır. Oyunlarda hətta Ermənistan idmançıları da iştirak etdi. Bu yarışlar Azərbaycanın həmçinin sabit və inkişaf edən ölkə kimi xarici investorların ölkəmizə cəlb olunması baxımından da mühüm əhəmiyyət kəsb etdi. Bu gündən sonra da Azərbaycanda hər bir sahədə irəliləyişlər olacaq”. Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd etdi ki, bu Oyunlarla Azərbaycan dünyanın diqqət mərkəzinə düşdü: "Dəfələrlə qeyd etmişik ki, böyük idman yarışları, mədəniyyət tədbirləri və forumların Azərbaycanda keçirilməsi ölkəmizin ictimai-siyasi mövqeyinin möhkəmləndirir, əldə olunan nailiyyətləri dünya ictimaiyyətinə çatdırır. Eyni zamanda, ilk Avropa Oyunları ilə ölkəmizi elə bir səviyyədə dünya ictimaiyyətinə təqdim etdik ki, 24 ildə əldə olunan nailiyyətləri, milli-mənəvi dəyərlərimizi, taixi nailiyyətlərimizi, intelektual, mədəniyyət potensialımızı, millət və dövlət olaraq potensialımızı Avropa Oyunlarında birlşdirərək, onu yüksək səviyyədə təşkil edərək, bütün millətlərə ürək açdıq. Bu Oyunlarla göstərdik ki, müsəlman, türk olmağımızla yanaşı, həm də avropalıyıq, tolerantıq. Ölkəmiz dünyaya təkcə mədəniyyət nümunələri verməyib, həm də bu Oyunlarla sübut etdik ki, idmana bağlı xalqıq. Bu yarışlar Azərbaycana turizmin, milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyətli oldu. O cümlədən, Azərbayacn torpaqlarının bir hissəsinin işğal olunduğu haqqında gerçəkliklərin dünyaya daha qabarıq şəkildə çatdırılmasına nail olduq, Azərbaycan kimliyini dünyaya təbliğ etdik. Daha çox əcnəbi Azərbaycanın necə inkişaf etməsi və torpaqlaqrının bir hissəsinin işğal edildiyi haqqında məlumatlarla daha ətraflı tanış oldular. Azərbaycan bir sözlə 17 gün ərzində 20-30 min insan qarşısında yüksək səviyyədə təqdim edildi. İdmançılarımız da bu yarışlara öz möhürünü vura bildilər. İdmançılarımızdan bu dərəcədə möhtəşəm nəticə gözləmirdik. Azərbaycan 50 ölkə arasında medalların sayına görə ikinci yeri tutdu. Bu Oyunlar Azərbaycan tarixində dərin izlər buraxan yarışlar oldu. Belə bir aforizm var: "Tanrı hər birimizin çiyninə yük qoyub. Yükümüz nə qədər ağır olsa izimiz də bir o qədər dərin olar”. Yükümüz ağır oldu, amma izimiz də dərin oldu”. Siyasi şərhçı Azər Həsrət belə bir möhtəşəm tədbirə Azərbaycanın ev sahibliyi etməsindən qürur duyduğunu dilə gətirdi: "Azərbaycan böyük bir törənə ev sahibliyi etdi. Bütün Avropanın iştirak etdiyi nəhəng bir tədbiri uğurla başa vurduq. Faktiki olaraq, ilk gündən bütün prosesləri yaxından izləyirdik və marağındaydıq ki, Oyunların yüksək səviyyədə keçirilməsinə şahidlik edək. Çox yaxşı ki, istər açılış törəni, istər onun ardınca Oyunların keçirilməsi, istərsə də möhtəşəm qapanış tədbiri Azərbaycanın belə tədbirləri yüksək səviyyədə həyata keçirməyə qadir olduğunu bir daha göstərdi. Azərbaycan dövlət və xalq olaraq bütün dünyaya göstərdi ki, sülh, dostluq, idman ölkəsi olaraq iddialarımızı ortaya qoya bilirik. Möhtəşəm tədbiri uğurla başa vurduq. Burada tədbirin hazırlanması və keçirilməsində rolu olan şəxsləri ayrıca qeyd etmək lazımdır. Avropa Oyunları Təşkilat Komitəsinin hazırlıq işlərinə rəhbərlik etmiş birinci xanım Mehriban Əliyavanın rolu ayrıca qeyd edilməlidir. Eyni zamanda, Oyunların keçirilməsinə şərait yaratmış, bütün varlığı ilə hazırlıq işlərinin arxasında dayanan Prezident İlham Əliyevin də rolu ayrıca qeyd olunmalıdır. Gənclər və idman naziri Azad Rəhimov və kimandasının rolu da vurğulanmalıdır. Həmçinin, minlərlə könüllü Azərbaycan gəncinin rolu da qeyd olunmalıdır. Azərbaycan xalqı bu Oyunları həqiqətən bir bayram kimi qəbul etdi. Təmkin və yüksək əhval-ruhiyyədə Oyunlara ev sahibliyi etməyi bacardı. Xalqımız bununla bütün dünyaya göstərdi ki, sülh, dostluq, idman bayramlarına ev sahibliyi etməyə haqqı olan bir xalqdır. Açılış mərasiminə qədər bizi tənqid edənlər qapanış törənində susmuşdular. Çünki, Oyunlarda axtardıqları qüsurlara rast gələ bilmədilər. Hər şey mükəmməl səviyyədə icra edildiyindən, xaricdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan adamlar susmuşdular. Bu isə ölkəmizin gücünü göstərdi. Bədxahlara göstərdi ki, Azərbayana qarşı aparılan qarayaxma kampaniyası heç bir zaman ayaq tutub yeriyə bilməyəcək”. Rüfət NADİROĞLU Geri dön |