Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bir qrup azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədinin ailəsi ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Bir qrup azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədinin ailəsi ilə görüşüb

Bir qrup azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədinin ailəsi ilə görüşüb


Hazırda Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Hüseyn ƏliMəhəmmədi Azərbaycan Milli Hərəkat fəallarının diqqət mərkəzindədir.
Xəbər verdiyimiz kimi, ötən günlərdə Təbrizdə bir çox divara Hüseyn ƏliMəhəmmədinin həbsinə etiraz olaraq Bildirilər yapışdırılıb. Həmin bildirilərdə azərbaycanlı fəalın həbs edilməsinə kəskin etiraz edilib və onun azadlığı tələb olunub. Fəalın qondarma ittihamlarla həbs edilməsi sosial şəbəkələrdə də geniş etiraz və müzakirələrə səbəb olub.

İyunun 29-da (tirin 8-də) Güney Azərbaycanın müxtəlif şəhərlərindən bir qrup milli-mədəni fəal Hüseyn ƏliMəhəmmədinin ata evinə gedib və onun ailə üzvləri ilə görüş keçiriblər. Görüşdə azərbaycanlı fəalın ailəsi onun dosyesi və həbsxanadakı durumu ilə bağlı məlumat verib. Azərbaycanlı fəallar isə H.ƏliMəhəmmədinin ailəsinə mənəvi dəstək nümayiş etdirib və öz fikirlərini onlarla paylaşıblar.

Qeyd edək ki, Təbrizin inqilab məhkəməsi Hüseyn Əliməhəmmədi və Taha Kirmanini islam müqəddəsatını təhqir etmək və islam hökumətinə zərbə vurmaq məqsədi ilə ictimai mülkiyyəti yandırmaqda ittiham edib və hər birini 10 həbs cəzasına məhkum edib. Məhkəmə tərəfindən elan olunan mətndə müttəhimlərin müqəddəsata təhqiri buna əsaslanır ki, İran bayrağının üzərində “Allah” sözü var və həmin bayraq müttəhimlər tərəfindən yandırılıb. Lakin fəallar bu ittihamı təmami ilə əsassız sayıb və rədd ediblər.

Adını çəkdiyimiz fəallar bundan öncə “Susma” dərgisi və “Susuz göl” veblaqında yaydıqları bir mətləbə görə sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etməkdə günahlandırılıb və 3 il həbs cəzasına məhkum edilmişdir. Həmin hökm apelyasiya məhkəməsi (təcdide nəzər məhkəməsi) tərəfindən də təsdiqlənib.

Taha Kirmani 2013-cü il noyabrın 4-də (1392-ci il abanın 13-də) saxlanılıb və sorğu-suala tutulduqdan sonra Təbriz zindanına köçürülüb. O 5 aydan çox saxlanıldıqdan sonra 2014-cü il aprelin 15-də (1393-cü il fərvərdinin 26-da) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Hüseyn Əliməhəmmədi isə hazırda Təbrizin mərkəzi zindanının 12-ci bölümündə saxlanılır. O son dəfə 2015-ci il martın 1-də (1393-cü il isfəndin 10-da) yaxalanıb və Təbriz zindanına intiqal edilib.

Geri dön