Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


“Traxtur-Damaş” müsabiqəsi və milli şüarlar - Video Güney Azərbaycan Xəbərləri


Təbrizin səhənd stadionunda “Traxtur” futbol takımı ilə “Damaş” takımı arasında 19.Yanvar 2012-ci ildə keçirilən müsabiqə xüsusi həyəcanlı anları ilə yadda qaldı.İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 21-ci həftəsində keçirilən müsabiqə (3 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.
Müsabiqəni təxminən 45000 nəfər tamaşaçı izləyib və milli şüarlar səsləndirilib.

http://www.youtube.com/watch?v=2rEcSBUMTYo&feature=player_embedded



Urmu-da "Asurilər " anti Türk simvoları təbliğ edirlərGüney Azərbaycan Xəbərləri


Urmuda bir sıra mühacir Anti türklər tərəfindən Asuri bayrağı, Antürk Kürd və Erməni şəsxlərinin şəkilləri mağazaların şişəsinə yapışdırılır. Bu şəxslər Azərbaycan millətinə qarşı cinayətlər törədən şəsxlərin şəkillərini və simvollarını mağaza şüşələrinə yapışdırmaqla , təbliq etmək və anti Türk simvolları Azərbaycanın ürəyi olan Urmuda yayqınlaşdırmaqla bu gedişi adiləşdirmək istəyirlər.
Artırmalıyıq, “Cina” foroqtafiya mağazasının sahibi- Əyalət Meydanı, İmam xiyavanında yerləşir- asurilər tərəfindən Azərbaycan millətinin soyqırımına göz yumaraq olduqca pis bir addım atmış. Bu mağaza yiyəsi 2006-ci ilin May ayından sonra Azərbaycanda olan etirazların ardından mağaza şüşəsinə bayraq yapışdırmışdı ki, Azərbaycam milli hərəkəti fəalları tərəfindən verilən xəbərdarlıqla üzləşdi. Bu dəfə də Azərbaycan millətinin Urmu gölünün quruldulmasına edilən etirazının ardınca Asuri bayrağı və Antitürk şəxslərin şəkilini yapışdırmaqla antiTürk işini davam edir.
Diqqət çəkən məsələ budur ki, bu mağaza qonşularının dediyinə görə, “Cina” fotoqrafiya mağazası təkcə bayrağı nümayiş etməyə yetinməyib, bəlkə Iraqda olan dini radikalist firqə başçısı və kürd ırqçısı olan Şeyx Taha Kəmalizadə telefon və adresini yaymaqla da Urmuda olan Kürdləri bu tip fəaliyyətlərə yönəltmək fikrindədir.
Qərbi Azərbaycanda 95 il öncə Azərbaycan Türk milləti qarşı, Erməni və Asurilərin soyqırım törədilmişdir.



FRANSA İRANA HƏRBİ HÜCUMLA MÜXALİFDİRGüney Azərbaycan Xəbərləri

Nicolas Sarkozy Yaxın Şərq və onun hüdudlarından kənarda “savaş və böhran”a gətirəcək hərbi müdaxilədən yayınmaq üçün əlindən gələni etməyə çağırıb.Bununla yanaşı Sarkozİ İranı nüvə proqramından imtina etdirmək məqsədilə iqtisadi təzyiqin artırılmasına səsləyib.Fransa prezidenti Avropa Birliyini İrana qarşı neft embarqosunu tətbiq edərək bu ölkənin Mərkəzi Bankının xarici hesablarının dondurulmasına çağırıb.Yanvarın 23-də Avropa İttifaqı İrana qarşı sanksiyaları müzakirə edəcək.İran embarqo təqdirində neft ixracı üçün mühüm Hörmüz boğazını bağlamaqla hədələyib.Yanvarın 12-də Amerika İranla əməkdaşlığa görə 3 uluslararası şirkətə qarşı sanksiyalar tətbiq edib.Ötən həftə Amerika sanksiyalarını dəstəkləyən Yaponiya İran neft idxalından tədricən imtina edəcəyini bildirib.



Güney Azərbaycanlı Karikaturist Dünyada 3-cü olduGüney Azərbaycan Xəbərləri


Argentina 16. Beynəlxalq Karikatura Yarışmasında Tebrizli sənətçi beynəlxalq Karikatura yarışmasında 3-cü oldu.Güney Azərbaycanın Tebriz şəhəri və Bələdiyyə Avtobusu Şirkəti personalından Mustafa Hüseyni, Argentina Beynəlxalq Diogenes Taborda Karikatura yarışmasında 3. oldu.Təbriz Karikatura Dərnəyi və eyni zamanda Beynəlxalq Karikatura Təşkilatı (FECO) üzvü olan Hüseyni daha əvvəl də, bir neçə milli və beynəlxalq mükafat yarışmalarinda ödüllər qazanmışdır.


İran Xəbər Kanalı Press TV Ləğv EdildiGüney Azərbaycan Xəbərləri

İngiltere,İranın İngiliscə yayın edən xəbər kanalı Press TVin lisansını, verilən pul cəzasını ödəmədiyi səbəbiylə ləğv etdi.İngiltərə nəşriyyat və telekommunikasiya nəzarət etmə təşkilatı Ofkom, keçən ay Press TVə 100 min sterlinq pul cəzası vermişdi.Səbəb olaraq, Press TVin, 2009-cu ildə Amerikan Newsweek jurnalı üçün çalışan İranlı jurnalist Maziar Baharı ilə nəzarətdəykən edilən reportajı nəşr etməsi göstərilmişdi.İngiltere: Press TVin İngilis peyk sistemindəki yayınlarinin də dayandırılacağı bildirildi. İran kanalına bəzi İngilis siyasətçilər də dəstək verirdi.İngilis mətbuatı, Press TVin lisansının ləğv edilməsini İngiltərə ilə İran arasındakı gərgin əlaqələrə bağlayır.İki ölkə əlaqələri, İngiltərənin İrana istiqamətli sanksiyalarını artırma qərarıyla və İngiltərənin Tahran Səfirliyinə keçən Noyabr ayında edilən hücumla qopma nöqtəsinə gəlmişdi.İki ölkə qarşılıqlı olaraq səfirliklərini bağlamış və əlaqələr ən aşağı səviyyəyə endirilmişdi.

İranın Milli Təhlükəsizlik məsələləri üzrə rəsmisi Rusiyadan sonra Çinə səfər edibGüney Azərbaycan Xəbərləri


Moskavada səfərdə olan İran İslam Respublikasının Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurası katibinin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini Əli Baqiri bu gün Çinə səfər edib.Məlumata əsasən, səfər zamanı Çin rəsmiləri ilə ikitərəfli münasibətlər, regional (bölgəsəl) və beynəlxalq məsələlərlə yanaşı, İran və "5+1" ölkələri arasında İranın nüvə məsələsinin həlli ilə bağlı məsələlər barədə müzakirələr aparılacaq. Bu barədə FARS dövlət xəbər agentliyi məlumat verir.Yanvarın (January) 18-də Baqiri Rusiyaya səfər etmişdi. Rusiyada o, bu öklənin xarici işlər naziri Sergey Lavrov və digər rəsmilərlə İranın nüvə məsələsinin həlli üçün Rusiyanın "addım-addım" layihəsini müzakirə edib.

Amerika rəsmisi Bakıya İran məsələsinə görə gəlibGüney Azərbaycan Xəbərləri


Bakıda Azərbaycan rəsmiləri ilə 2 günlük danışıqlar zamanı regional (bölgəsəl) təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Bu zaman əsas diqqət İran mövzusuna yönəldilib. Bu barədə cümə axşamı mətbuat konfransında ABŞ Dövlət Katibinin (Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri) köməkçisinin müavini Erik Rubin “Turan”ın danışıqların mahiyyəti barədə sualına cavabda bildirib.“Biz İranın nüvə silahı əldə etməsinə imkan verməməyə çalışırıq və bu məsələdə Azərbaycan bizim yanımızdadır”, - deyə Rubin qeyd edib. Dövlət Departamentinin nümayəndəsi hakimiyyətlə görüşlərdə siyasi məhbusların azad edilməsi mövzusuna toxunub-toxunmadığı barədə suala cavabdan yayınıb.Rubin bir sıra KIV-lərin (Kütləvi informasiya vasitələri) Qəbələ RLS-lə bağlı məsələləri müzakirə etdiyi barədə yaydığı məlumatları təkzib edib. “Bu məlumatlar mənim üçün təzə xəbərdir, mən bu məsələni qaldırmamışam”, - deyə o bildirib.O, həmçinin Bakının Amerikaya məxsus AVAKS təyyarələrinin Azərbaycan ərazisindən Əfqanıstana uçması haqqında qadağası məsələsini şərh etməkdən imtina edib.


İranın Azərbaycanda terror aktlarının qarşısı alınıbGüney Azərbaycan Xəbərləri


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, Azərbaycan vətəndaşları - Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilib, hazırda İranın Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparmış və bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib respublikaya gətirib və digər hüquqazidd əməlləri törədiblər.

Müəyyən edilib ki, İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qaynı Rasim Əliyev ilə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş etmiş və bu işin müqabilində Rasim Əliyevə 150 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib.

R.Əliyev bu təkliflə razılaşdıqdan sonra Balaqardaş Dadaşov ona sui-qəsd ediləcək şəxslərin fotoşəkillərini, habelə onların Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemini və idarə etdikləri avtomaşınların fotoşəklini təqdim edib. B.Dadaşov terror aktının həyata kecirilməsi məqsədilə müəyyən hazırlıq işlərinin aparılması üçün R.Əliyevə ayrı-ayrı vaxtlarda ümumilikdə 9 min 300 ABŞ dolları məbləğində pul verib.

R.Əliyev tapşırığı yerinə yetirmək üçün odlu silahdan istifadə etmək bacarığına malik olan tanışı Əli Hüseynov ilə cinayət əlaqəsinə girərək, B.Dadaşovun sifarişi barədə onu ətraflı məlumatlandırıb və bu sui-qəsdi icra edəcəyi təqdirdə alacağı pulun yarısını Ə.Hüseynova verəcəyini vəd edib. Ə.Hüseynov bu təkliflə razılaşdıqdan sonra, qətllərin icrası ilə bağlı hazırlıq işlərinin görülməsi, o cümlədən avtomaşının alınması və digər məsələlərin həlli üçün R.Əliyev ona ayrı-ayrı vaxtlarda ümumilikdə təxminən 7 min ABŞ dolları məbləğində pul verib.

R.Əliyev Əli Hüseynova sui-qəsd edəcəkləri şəxslərin, onların işlədikləri yerlərin və idarə etdikləri avtomaşınların fotoşəkillərini, yaşadıqları ünvanların plan-sxemini də təqdim edib. Ə.Hüseynov terror aktını icra etmək məqsədilə R.Əliyevdən aldığı pulun bir hissəsini "BMW" markalı işlənmiş avtomaşının əldə edilməsinə və təmirinə, cinayətin törədilməsində istifadə ediləcək digər əşyaların alınmasına xərcləyib.

Ə.Hüseynov həyatlarına sui-qəsd edəcək şəxslərin işlədikləri əraziyə bir neçə dəfə gəlib, kənardan gizli müşahidələr aparıb, burada çoxlu sayda təhlükəsizlik kameralarının quraşdırıldığına və terror aktının törədilməsinin yaxın məsafədən mümkünsüzlüyünə əmin olduqdan sonra cinayəti yalnız uzaqdan snayper tüfəngi ilə icra etmək qənaətinə gəlib. Eyni zamanda, Ə.Hüseynov terror aktının icrasını həmin ərazidə həyata keçirə bilməyəcəyi təqdirdə xarici ölkə vətəndaşlarını yaşadıqları evin yaxınlığında tapança ilə qətlə yetirməsinin mümkünlüyünü planlaşdırıb. Ə.Hüseynov müşahidələrinin nəticəsi barədə R.Əliyevi məlumatlandırıb, ona səsboğucuları ilə birlikdə Rusiya istehsalı olan snayper tüfənginin və “PM” tipli tapançanın əldə edilməsinin vacibliyini bildirib.

R.Əliyev İrana gedərək Ə.Hüseynovun təkliflərini B.Dadaşova çatdırıb və sonuncu lazım olan silahların Azərbaycana gətirilməsinin təmin ediləcəyinə söz verib. Bir müddətdən sonra R.Əliyev B.Dadaşov ilə yenidən görüşmək üçün Ərdəbil şəhərinə gedib və sonuncunun yaşadığı mənzildə tapşırığın icrası ilə əlaqədar Ə.Hüseynovla birgə topladıqları məlumatları ona çatdırıb. B.Dadaşov sifariş verilmiş silahların Biləsuvar rayonu ərazisində əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini demiş və onların oradan götürülməsini R.Əliyevə tapşırıb. Lakin R.Əliyev odlu silahlarin tapşırılan yerdən götürülməsinin təhlükəli olduğunu bildirib və Ə.Hüseynovla birlikdə silahların qoyulması üçün özlərinin təklif etdikləri ərazinin videoçəkilişini apardıqları yaddaş kartını B.Dadaşova verib. B.Dadaşov həmin yaddaş kartını götürmüş və bu təklif barədə İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb məsləhətləşdikdən sonra nəticəsini R.Əliyevə bildirəcəyini deyib.

B.Dadaşov lazım olan şəxslərlə məsləhətləşdiyini və təklifin qəbul olunmadığını, sifariş edilən silahların Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini bildirib.

B.Dadaşov 2011-ci ilin oktyabr ayında 1 ədəd “SVD” tipli snayper tüfəngi, həmin silaha məxsus 2 ədəd səsboğucu və 2 ədəd dolu daraq, 1 ədəd optik nişangah, 3 ədəd “PM” tipli tapança, həmin silaha məxsus 3 ədəd səsboğucu və 3 ədəd daraq, üzərində “Charge Demolition M-112” yazıları olan “C4” kompozisiyalı 16 ədəd 800 qramlıq plastik partladıcı maddə, 10 ədəd elektrodetonator, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanı gizli yolla İrandan Azərbaycana gətirilməsini və Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədilməsini təşkil edib.

MTN tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində R.Əliyev və Ə.Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa catdıra bilməyərək yaxalanıblar. Qrupun üzvləri tərəfindən əvvəlcədən razılaşdırılaraq müəyyənləşdirilmiş Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülüb.

Hazırda MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 28,277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Geri dön