Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Bunlar niyə belə tərbiyəsiz olur?
Bunlar niyə belə tərbiyəsiz olur? |
Sosial medianın geniş yayılması və əlçatan olması insanlar arasındakı fərqləri də bəzən heçə endirir. Bu media imkan verir ki, dağ başında qoyun otaran çobanla bir universitetdə dərs deyən professor, yaxud da adi kəndlilə deputat, nazir heç bir vasitəçi olmadan ünsiyyət qursun, söhbət eləsin, müzakirə açsın.
Bu yeni texnologiya həm də yeni münasibətlər sistemi gətirib özüylə. Adi həyatdakı qaydaların böyük çoxluğu bu müstəvidə də keçərlidir. Amma bəzən bəzi adamlar hətta ən adi qaydaları gözləməkdə çətinlik çəkirlər. Ədəb həddini, əxlaq sınırını aşanlar tez-tez çıxır qarşımıza. Baxırıq, görürük gəncdir, çox zaman da dünyadan xəbərsizdir, təcrübəsizdir, təmkinlə yanaşırıq. Düşünürük ki, gənclərin səhv etmə haqqı var. Çünki biz də bir zamanlar gənc olmuşuq, səhv etmişik, səhvimizi anladıqda üzr də istəmişik. Yəni insan halıdır, hər şey ola bilər və bir el sözümüzdə deyildiyi kimi “anlayan anlamayana borcludur”. Geri dön |