Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı məktəblilər şahmat üzrə Avropa Çempionatında uğurla çıxış edirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanlı məktəblilər şahmat üzrə Avropa Çempionatında uğurla çıxış edirlər

Azərbaycanlı məktəblilər şahmat üzrə Avropa Çempionatında uğurla çıxış edirlər


Türkiyənin Konya şəhərində keçirilən 7-17 yaşlı məktəblilər arasında şahmat üzrə Avropa Çempionatı davam edir. 9 turdan ibarət keçirilən yarışda artıq 8-ci turun oyunları yekunlaşıb. Çempionatda ölkəmizlə yanaşı Rusiya, Türkiyə, İngiltərə, Finlandiya, Bolqarıstan, Rumuniya və Moldovadan ümumilikdə 670 şahmatçı mübarizə aparır. Ölkəmizi müxtəlif yaş qruplarında 35 şahmatçı təmsil edir.

8 turdan sonra təmsilçilərimizdən ən yaxşı nəticəni 13 yaşlı məktəblilər arasında mübarizə aparan Kənan Qarayev göstərib.Qarayev aktivinə 6 xal yazaraq Türkiyə təmsilçiləri Cengiz Acar Utku və Boran Şahin Doga ilə zirvəni bölüşdürür. Eyni yaş qızların çempionatında isə Aytac Heydərova 5.5 xal toplayaraq 5-ci pillədə qərarlaşıb.

9 yaşlı oğlanların çempionatında mübarizə aparan həmyerlilərimizdən Süleyman Süleymanlı liderden yarim xal az toplayaraq 6.5 xalla 2-ci yerdədir. Bu yaş qrupunda iştirak edən digər təmsilçilərimiz Alperen Kanlı 6 xalla 7-ci yerdədir. Fərhad Məmmədəliyev də 6 xal toplayaraq ilk onluqdadır.

7 yaşlı oğlanların yarışında həmyerlimiz, Emin Əhmədov 8 oyundan 5.5 xal toplayaraq 6-ci liderdir. Nicat Mansurov isə 5 xalla 11-ci pillədə qərarlaşıb. Eyni yaş qızların çempionatında isə Qönçə Səfərova 5 xal toplayaraq 7-ci yerdədir.

Xəzər Babazadə, Vüqar Manafov,Fərid Mustafayev və Altay Eynullayev hərəyə 6 xal toplayaraq 11 yaşlı oğlanların çempionatında 4-7-ci yerləri bölüşdürürlər.

Pərviz Qasımov 5.5 xalla 7-ci, Səid Rəfili isə 5 xalla 15 yaşlı məktəblilər arasında 10-cu yerdədir.

15 yaşlı qızların yarışında Nərmin Kərimzadə aktivinə 5 xal yazaraq 5-ci pillədə qəraralaşıb. Aynur Kətanova isə 4.5 xalla 7-12-ci yerləri bölüşdürür,əlavə göstəricilərə görə 11-ci yerdədir.

17 yaşlı oğlanların çempionatındaİsmət Xəlilov 5 xal toplayaraq 8-ci pillədə qərarlaşıb.

Çempionat iyulun 3-də başa çatacaq.

Geri dön