Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sağlamlıq imkanları məhdud 18 gənc I Avropa Oyunlarında könüllü kimi iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, İdman > Sağlamlıq imkanları məhdud 18 gənc I Avropa Oyunlarında könüllü kimi iştirak edib

Sağlamlıq imkanları məhdud 18 gənc I Avropa Oyunlarında könüllü kimi iştirak edib


18 nəfər sağlamlıq imkanları məhdud gənc “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarını bitirmiş 18 nəfər sağlamlıq imkanları məhdud gənc “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi iştirak ediblər. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin gənclər Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən könüllü kimi uğurlu fəaliyyətlərinə görə, sertifikatlara layiq görülüblər.

Gənclər ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan bu möhtəşəm idman bayramında könüllü gənclər arasında olmalarından və tapşırılan vəzifələri göstərilən etimada layiq şəkildə yerinə yetirmələrindən sonsuz şərəf və qürur hissi keçirdiklərini vurğulayıblar. Belə böyük miqyaslı idman tədbirində könüllü kimi öz əməyini sərf etmək gənclərdə güclərinə, potensiallarına inam hissini xeyli artırmaqla və böyük təcrübə qazandırmaqla onlara gələcək həyatlarında daim özünü doğrultmaq, uğur qazanmaq üçün güclü stimul verib.

Mərkəzdə peşə təlimi keçən gənclərin “Bakı-2015” açılış və bağlanış mərasimlərini canlı şəkildə izləmələri, mütəmadi olaraq yarışlarda tamaşaçı kimi iştirak etmələri də təmin edilib. Yarışlarda Azərbaycan yığmasının qazandığı mühüm tarixi nailiyyətlər, xüsusən paracüdoçularımızın uğurları, o cümlədən ikiqat paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyevin parlaq qələbəsi onlara sonsuz sevinc və fərəh hissi bəxş edib.

Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşə və sənət növləri üzrə təlim kursları təşkil edilməklə bərabər, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək paralimpiyaçı gənclərin idmanın müxtəlif növləri üzrə hazırlıq keçmələri də təmin olunur. Bu ilin ötən dövründə 29 nəfər paralimpiyaçının burada məşq prosesini keçmələrinə şərait yaradılıb.

Məlumatda bildirilir ki, 2013-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təkcə cari ilin 6 ayında 258 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kursu keçib: "Həmin gənclərdən 183 nəfəri bu ilin ötən dövründə kurslara cəlb edilib. Gənclər burada kompyuter istifadəçisi və dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma və s. peşələr üzrə bilik və bacarıqlara yiyələniblər. Onlardan 144 nəfəri artıq kursları başa vurub və onlara peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilib, digər gənclərin isə peşə təlimi kursu davam edir".

Qeyd olunur ki, gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Onların sosial reabilitasiyası, müxtəlif mədəni- kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili və s. istiqamətlərdə də məqsədyönlü işlər aparılır.

Geri dön