Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölündə suyun səviyyəsi yenə aşağı düşüb
Urmu gölündə suyun səviyyəsi yenə aşağı düşüb |
Şərqi Azərbaycan Böhran Mərkəzinin baş müdiri Urmu gölündə suyun səviyyəsinin 4 santimetr düşdüyündən xəbər verib.
Xəlil Sai Urmu gölünün canlandırılması üçün Marağa əhalisinin təlim mərkəzində deyib: “Əkinçilik sahəsində istifadə olunan suya qənaət etmək, sudan səmərəli istifadə etmək, su quyuları qazmağın qarşısının alınması və ümumiyyətlə quyuların vəziyyətinin nizama salınması Urmu gölünü böhrandan qurtarmaq üçün təkcə çıxış yoludur.” O əlavə edib ki, “Urmu gölünü böhrandan qurtarmaq üçün bu il 11 şəhərdə 2000 nəfərdən çox insan üçün 22 təlim mərkəzi açılıb. Məqsəd Urmu gölünün qurumasından qaynaqlanan problemləri cəmiyyətin müxtəlif təbəqələrinə çatdırmaqdır”. Bu barədə GAMAC-ın rəsmi saytı İran mediasına istinadən məlumat yayıb. X.Sai əlavə edib ki, “Urmu gölündə 2 milyard 400 milyon kubmetr su mövcuddur. 1402-ci (hicri-şəmsi təqvimi ilə) ildə 14 milyard kubmetr suya çatmaq üçün əkinçilik və digər sahələrdə suya qənaət olunmalıdır.” Geri dön |