Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda hərraca 5 milyon manatlıq istiqraz çıxarılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda hərraca 5 milyon manatlıq istiqraz çıxarılacaq

Azərbaycanda hərraca 5 milyon manatlıq istiqraz çıxarılacaq


İyulun 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 milyon manat həcmində istiqraz çıxarılacaq.

AİF məlumat verir ki, istiqrazlar 101,4500 qiyməti ilə satışa çıxarılacaq və 2024-cü il noyabrın 21-dək tədavüldə olacaq.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilər.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi isə 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Bu istiqrazların yerləşdirilməsinə 13 yanvar 2015-ci il tarixində başlanılıb və hərraca bu günədək 21 milyon

Geri dön