Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda parlament seçkilərindən öncə güneydəki siyasi atmosfer (audio müsahibə)
İranda parlament seçkilərindən öncə güneydəki siyasi atmosfer (audio müsahibə) |
Davam.az Təbrizdə yaşayan fəal Siyamək Kuşinin Amerikanın Səsinə verdiyi müsahibəni təqdim edir:
İran İslam Respublikasında 10-cu dövr parlament seçkilərinə təqribən 8 ay qalmış ölkənin aparıcı siyasi qüvvələri arasında geniş hazırlıq fəaliyyətləri müşahidə olunur. Təbrizdə yaşayan milli fəal Siyamək Kuşi Amerikanın Səsi ilə söhbətdə yaranmış siyasi atmosferin Azərbaycan şəhərlərindəki əksini anlatmaqla yanaşı güneyli fəalların baxışı və Təbriz kimi şəhərlərdə seçkiqabağı fəaliyyətləri dəyərləndirib. İran Azərbaycanında müasir tarixin müxtəlif dönəmlərində yaranmış bəzi kütləvi hərəkatların seçkilərdə baş verən olayların ardından meydana gəldiyini önə çəkən Siyamək Kuşi mövcud potensialların qiymətləndirilməsi təqdirində bundan sonrakı seçkilərdən də oxşar ictimai hərəkatların ortaya çıxmasının mümkün olduğunu ifadə edir. İran mediası 2016-cı il fevral ayında keçiriləcək məclis seçkilərinə 8 ay qalmış muxtəlif siyasi cərəyanlar arasında geniş fəallığın müşahidə olunduğunu yazır. Yayılan məlumata görə, İranın sabiq prezidenti Mahmud Əhmədinejad hökümətində nazir, və ya nazir müavini kimi vəzifələrdə çalışmış siyasətçilər ötən həftə YEKTA adlı bir partiya təşkil ediblər. Siyamək Kuşinin dediyinə görə, qarşıdan gələn parlament seçkiləri ilə bağlı xalq arasında görünməsə də, faəllar arasında müəyyən dərəcədə hərəkət və faallıq mövcuddur. “Azərbaycan şəhərlərində millət içində hələ elə qeydə dəyər bir şey görünmür. Amma siyasi cərəyanlar və türk fəalları arasında bir fəaliyyət başlanıb və seçkiqabağı atmosfer yaranıb.” Azərbaycan şəhərlərində yayılan qəzetlər seçkilərdə namizəd olmağa hazırlanan bəzi siyasətçilərin dövlət dairələrindəki vəzifələrindən istefa verdiyini yazırlar. Bunlardan biri Qərbi Azərbaycan vilayətinin inkişaf işləri üzrə vali müavini Hadi Bahadıridir. Urmiyədə farscaya dəyişdirilmiş bəzi məhəllə və bölgələrin orijinal türk adlarının geri qaytarılmasında rol oynayan Bahadıri bir qrup müxalifləri tərəfindən Pantürkistdüşüncələrə sahib olmaqda günahlandırılır. İranda prezident, və ya parlament seçkilərinə namizəd olan siyasətçilərin bir çoxu qeyri-fars cəmiyyətlərin səsini almaq üçün adətən bu toplumların kollektiv haqlarından danışır və həmin istiqamətdə bəzi vədlər verirlər. Siyamək Kuşinin fikrincə, xüsusilə islahatçı cərəyanlara yaxın olan namizədlər bundan sonrakı seçkilərdə də bu növ sözləri önə sürməyə davam edəcəklər. O, ənənəvi olaraq müəyyən qrupların səsinə sahib olan fundamentalistlərin bu məsələlərə daha az diqqət göstərdiyini vurğulayır. “İranda iki əsas siyasi cərəyan vardır; usulgeralar (fundamentalist) və islahatçılar. Usulgeraların İranın bütün şəhərlərində özlərinə görə bəlli çevrələri və tərəfdarları vardır. Onlar səs almaq üçün milli məsələ, və ya başqa məsələlərdən faydalanmağa ehtiyac görmürlər. Ancaq islahatçılar belə deyil. Onların Tehran və Şiraz kimi şəhərlərdə bəlli gücləri olsa da Azərbaycanda bazaları yoxdur və bizim şəhərlərdə səs almaq üçün milli tələbləri dilə gətirməklə diqqətləri cəlb etməyə məcburdurlar”- deyə Təbrizdən Amerikanın Səsinə danışan siyasi fəal söyləyir. Müsahibənin audiosunu aşağıdakı linkdən dinləyə bilərsiniz: TIKLAYIN Geri dön |