Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rejimə bağlı olan “Azəriha” kimi anti-Azərbaycan saytları ifşa olmaqdadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Rejimə bağlı olan “Azəriha” kimi anti-Azərbaycan saytları ifşa olmaqdadır

Rejimə bağlı olan “Azəriha” kimi anti-Azərbaycan saytları ifşa olmaqdadır


Anti-Azərbaycan və Milli Hərəkata qarşı öz fəaliyyətləri ilə seçilən kütləvi informasiya vasitələri ifşa olmaqdadır.
BBC-farsinin “Pərqar” proqramında Azərbaycanda Milli Hərəkatı və türk millətinin tələbləri ilə əlaqədar gedən proqram İran rejiminə bağlı kütləvi informasiya vasitələrini hərəkətə gətirdi. BBC-farsi, hansıki öz fəaliyyəti müddətində paniranizm mövqeyi ilə tanınır, ilk dəfə olaraq nisbətən demokratik bir ortamda İranda Azərbaycan məsələsini gündəmə gətirdikdən sonra rejimə bağlı olan anti-Azərbaycan saytları yalan bir iddia ilə çıxış etdilər. Onlar bəlkədə BBC-farsinin mənfi imicini qaldırmaq məqsədi ilə yeni yalana əl atdılar.

Azərbaycan Milli Hərəkatına qarşı müxtəlif formalarda fəaliyyət göstərən, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə bağlı olan “Azəriha” saytı “Ölkənin yüzlərlə siyasi-mədəni fəalından BBC-nin anti-İran siyasətinə etiraz” başlıqlı yazıda iddia edib ki, yüzlərlə siyasi-mədəni fəal BBC-nin bu proqramına etiraz edib və İranın bütövlüyünə dəstək veriblər. “Azəriha” saytı yaydığı bəyanatda 1500 fəalın adını çəkərək onların Bəyanatı imzaladığını bildirib.

“Azəriha” saytını tanıyanlar yaxşı bilir ki, bu sayt bundan öncə də Azərbaycan və onun Milli Hərəkatına qarşı müxtəlif yalan məlumatlar dərc edib. Lakin bu dəfə bir sıra şəxslərin adını konkret qeyd etdiyinə görə saytın yalanı daha qabarıq şəkildə üzə çıxıb. Belə ki, ETTELAAT idarəsinə bağlı olan sayt iddia etdiyi Bəyanatda İsa Səhərxizin də adını qeyd edib. Azərbaycanlı fəallardan birisi sözügedən imza ilə bağlı İ.Səhərxizlə əlaqə saxlayıb və bu məsləni ondan soruşub. Lakin məlum olub ki, həmin şəxsin bu imzadan heç bir xəbəri yoxdur və “Azəriha” saytı yenə də keçmişdəki kimi yalan məlumat dərc edib. İ.Səhərxiz bu barədə deyib:

“Belə bir bəyanatın imzalanması yalan məlumatdır. Bəlli deyil kim məndən xəbərsiz mənim tərəfimdən imza atıb. İstəyirəm ki, dərhal o imza qaldırılsın. Dostlar bu barədə xəbər çatdırsalar məmnun olaram.”

Qeyd edək ki, sözü gedən Bəyanat BBC-farsidə gedən proqramdan bir gün sonra yayılıb və bu özü də onun yalan olmasına başqa bir dəlildir. Bu qısa zamanda 1500 fəalı cəmləyib, onların nəzərini soruşub və imza toplamaq mümkün deyil. Qadın sayılarının həddindən çox olması da, yayılan xəbərin yalan olmasına dəlalət edir. Ona görə ki, İrandakı şərtlərə görə, siyasi-mədəni səhnədə bu qədər qadının olması mümkün deyil. Beləliklə “Azəriha” saytının yaydığı yalan məlumat növbəti dəfə ifşa oldu və bu saytın gələcəkdə hansı üzlə xəbər yayıb və onun doğru olduğuna iddia etməsi olduqca maraqlıdır.

Geri dön