Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Erməni işğalındakı rayonlardan olan çağırışçıların hərbi xidmətə yola salınması mərasimi keçirilib
Erməni işğalındakı rayonlardan olan çağırışçıların hərbi xidmətə yola salınması mərasimi keçirilib |
Bakıda Ermənistanın işğalı altında olan rayonlardan məcburi qaçqın düşmüş hərbi çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Bakının Xətai rayonunda keçirilən mərasimdə Şuşa, Laçın, Zəngilan və Cəbrayıl rayonlarından olan gənclər hərbi xidmətə yola salınıb. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov, digər rəsmilər və hərbi çağırışçıların valideynləri iştirak ediblər. Tədbirdə çıxış edən SHÇDX-nin rəis müavini, general-mayor Novruzəli Orucov bildirib ki, bu gün gənclər böyük həvəslə ordu sıralarına gedir və ölkədə hərbi xidmətdən yayınma halları yox səviyyəsindədir: “Hazırda Azərbaycan ordusunda yüksək səviyyədə nizam-intizam var. Ordumuz düşmən üzərində qələbə qazanmağa qadirdir. Yaxın zamanlarda bunun şahidi olacağıq". Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov deyib ki, tarix boyu ermənilər Azərbaycana qarşı həmişə ərazi iddiaları ilə çıxış ediblər: "Artıq neçə ildir ki, onlar Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğal ediblər. Nəticədə yüz minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb. Buna baxmayaraq, xalq torpaqlarının azad ediləcəyinə əmindir. Azərbaycanda orduya dövlət səviyyəsində diqqət yetirilir. Övladlarını bu gün hərbi xidmətə yola salan valideynlər də əmindirlər ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız düşməndən azad ediləcək. Biz cəbhədə ölməyə deyil, öldürməyə hazır olmalıyıq”. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov isə qeyd edib ki, Azərbaycan ordusu daim ayıq-sayıqdır və bundan sonra da belə olacaq: “Biz əminik ki, Azərbaycan ordusu Dağlıq Qarabağı tezliklə işğaldan azad edəcək. Ordumuza bu mübarizə yolunda uğurlar arzulayırıq”. Geri dön |