Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Seyid Məhəmmədhüseyn Behcət Təbrizi
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi |
Doğum tarixi: 1906-cı il
Doğum yeri: Xoşginab, Təbriz, İran Vəfatı: 18 sentyabr 1988-ci il (82 yaşında) Vəfat yeri: Təbriz Vətəndaşlıqı: Azərbaycanlı Milliyyəti: Türk Fəaliyyəti: Şair Karyera: 1931-1988 Əsərlərinin dili: Azər Türkcə Fars dili Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (1906 – 18 sentyabr 1988) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairi – Şeirlərini azərbaycan və fars dillərində yazmışdır. Həyatı Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, qayğıkeş, mehriban müəllimini həmişə böyük hörmətlə yad etmişdir. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırmış, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs almışdır. İlk şeirini Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc etdirmişdir. Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tibb fakultəsində ali təhsil almağa başlamışdır. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olmuşdur. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda "milli şeir günü" kimi qeyd edilir. Şairin uğursuz nakam məhəbbəti onun sonrakı keşməkeşli və müsibətli həyatında baş verən məhrumiyyətlərin başlanğıcı olur. Şəhriyar ömrü boyu ilk sevgisinə sadiq qalır. Bu məhəbbət uzun illər şair ilhamının bəzəyinə, yaradıcılığının yol yoldaşına və ağır-müsibətli həyatının təsəllisinə çevrilir. O, nakam məhəbbətinin işartısı ilə qocalıq illərinə qədər irəliləyir və uzun müddət evlənmir. Həyatdan, dünyadan, zəmanədən və insanlardan bir növ gileyli, küskün ömür keçirsə də, poeziyadan, şeirdən-sənətdən küsmür, yazır-yaradır və yaratdıqca da şair şöhrəti onu İranın və yaxın Şərqin ən böyük şairinə çevirir. Keçmişin şirin xəyalları ilə 50-ci illərin reallığında mürgüləyən şair birdən-birə sanki ayılır və özünün uşaqlıq və gənclik illəri, Heydərbaba dağının ətəklərində, Xoşginab kəndində qohumların, dostların arasında keçirdiyi o şən günlər gözləri önündə canlanır və məşhur "Heydərbabaya salam" poemasının birinci hissəsini qələmə alır. Onu da deyim ki, Şəhriyar yaradıcılığı boyu ilk şeir-poema idi ki, onu doğma ana dilində-Azəri türkcəsində yazmışdır. Bu şeirlə o şöhrətinin zirvəsinə qalxır. Bəli 20-30 ildən sonra öz doğmaları arasına qayıdıb "Heydərbabaya salam"ın ikinci hissəsini yazan Şəhriyarın daha böyük qayğılarla dolu olan Təbriz həyatı başlayır. Şairin Əzizə adlı xanımdan üç uşağı olur. Qəm basmış könlünün qübarını yenicə sildiyi bir dövrdə tale Əzizəni onun əlindən alıb, yenidən qəm karvanının sarvanı eyləyir. Millətinin ağır taleyi də şairin dərdinin üstünə dərd qoyur. Və bu dərdlə də 1988-ci ildə ana Təbrizin qucağında gözlərini əbədi yumur böyük şair Şəhriyar. Şəhriyarın Təbriz həyatının ağrıları ilə bərabər onun Azərbaycan dilində yeni-yeni şeirləri də xalqımızın dilinin əzbərinə çevrilir. "Heydərbabaya salam" poemasından sonra Azərbaycan dilində çox dəyərli sənət nümunələri yaradır. "Məmməd Rahimə", "Alnımın yazısı", "Qaranlıq gecələr", "İns və cins", "Azadlıq quşu", "Varlıq", "Qafqazlı qardaşlarıma" və sair onlarla dəyərli şeirləri dediklərimizə canlı misaldır. Şəhriyar doğma Təbriz qədər Bakını, Gəncəni, Şəkini, Şamaxını da sevirdi və geniş qollarını açaraq o taylı-bu taylı Azərbaycanı qucmaq arzusu ilə yaşayırdı. Göz yaşımsan, ay Araz, qoyma gözüm baxsa da görsün. Nə yaman pərdə çəkibsən iki qardaş arasında! -deyərək nalə çəkir, doğma qardaşları qucaqlamaq- doğma diyarı, torpağı öpüb-oxşamaq, Odlar yurdunu gəzib-görmək həsrəti ilə yanıb qovrulur. 1968-ci ildə Azərbaycan ictimaiyyəti Şəhriyarı Qüzey Azərbaycana dəvət elədi. Bu dəvət o taylı-bu taylı bütün Azərbaycanı sevindirdi. Hamının gözü Şəhriyar gələn yollara dikildi. Hətta xalq yazıçısı Mirzə İbrahimov Azərbaycan televiziyası ilə bu gəlişə gözaydınlığı da verdi. -Gözün aydın, Azərbaycan! -dedi. Sabah doğma balan sənin görüşünə gəlir. Lakin Şəhriyar gəlmədi. Tikanlı çəpərlər bu gəlişə mane oldu... ...Uzun illər bağlı qalan yollar açıldı. Başımız üstündəki qara buludlar çəkilib, səmamız aydınlaşdı. Qüzey Azərbaycan özünün əbədi azadlığına, istiqlalına qovuşdu. Üzərində gəzdirdiyi üçrəngli bayrağı vətən torpağının ən uca nöqtəsinə sancdı ki, dünyanın hər yerindən görünsün. Şəhriyarın bir vaxt küləklərdən soraq aldığı Bakıdan, Şəkidən, Gəncədən Təbrizə, Ərdəbilə, Əhərə... yollar başlandı. Təbrizdə Azərbaycan konsulluğu açıldı... Çox heyif ki, ustad Şəhriyar bu günləri görmədi. Ürəyində Azərbaycan sevgisi, Səməd, Süleyman, Bəxtiyar niskili, gözlərində Bakı, Gəncə həsrəti və canında-cismində o taylı-bu taylı bütöv Azərbaycan məhəbbəti ilə köçdü bü dünyadan. Bağışlayın, səhv etdim. Şəhriyar canı-qanı qədər sevdiyi Azərbaycan torpağına qovuşdu. Və yorğun vətən sevgisi ilə yoğrulmuş canı-cəsədi, bu torpağın böyüklüyünü bir ovuc da artırdı. Millətə, yurda, vətənə sonsuz məhəbbəti ilə doğma xalqının ürəyinə köçdü. Hər qəlbdə dağılmaz, sökülməz bir aşıyan qoydu. Bu hissi böyük şair necə də gözəl demişdir. "Azər elinin bir yaralı niskiliyəm mən, Niskili olsam da gülüm, bir əbədi sevgiliyəm mən, Yad məni atsa da, öz gülşənimin bülbülüyəm mən, Elimin farsca da dərdini söylər diliyəm mən. Həqqə doğru nə qaranlıq isə el məşəliyəm mən, Əbədiyyat gülüyəm mən". Bəli, nə qədər uca Savalan, Şahdağ, Səhənd, Qoşqar, Murov, Heydərbaba dağları var, nə qədər bu dağlara arxa olan dağ vüqarlı Azərbaycan milləti yaşayır, ustad Şəhriyar da o qədər yaşayacaq və ucalacaqdır bu elin qəlbində, bu millətin dilində. Azərbaycan Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan Xoş günlərın getməz müdam xəyalımdan Azərbaycan Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azerbaycan Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan Vətən eşqı məktəbində can verməyi öyrənmişik ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını öz şümşadın başdan-başa olub al qan, Azərbaycan Yarəb, nədir bir bu qədər ürəklərı qan etməyın Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan İgidlərin İran üçün şəhid olmuş, əvəzində Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan Evladların nə vaxtadək tərki-vətən olacaqdır Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan Yetər fəraq odlarından kül ələndi başımıza Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan Şəhriyarın ürəyi də səninki tək yaralıdır Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan Azerbaycan Marşı Ey toprağı lal u mercan, Azerbaycan Azerbaycann! Men vererem uğrunda can, Azerbaycan Azerbaycann! Ey vetenim, düşmen eceb bağrıvı alqan eledi, Bağlarıvı vurdu xezan, gör nece viran eledi, Zülmet geçib döndü zaman, Azerbaycan Azerbaycann! Ey toprağı lal u mercan, Azerbaycan Azerbaycann! Geçmişive baxmalıdır pir u cevan ibret ile, Hazır olub ellerimiz intiqama geyret ile, Meqsedimiz var seni azad eyleyek süret ile, Müstebide yoxdur aman, Azerbaycan Azerbaycann! Beslemişsen şanlı veten, nazile öz evladıvı, Men de gerek cehd eleyib erşe ucaldam adıvı, Himmet ele, parçalayıb mehv eleyim celladıvı, Veqti saadetdür uyan, Azerbaycan Azerbaycann! Ey toprağı lal u mercan, Azerbaycan Azerbaycann! And içirem namusuma -mesleyime -vicdanıma, Gün kimi dünyada müqeddes tanılan imanıma, Ya seni azad eleyim, ya boyanam al qanıma, Haqqın özi dönmez, Azerbaycan Azerbaycann! Ey toprağı lal u mercan, Azerbaycan Azerbaycann! Azərbaycan Can qurban etmənin vaxtı çatıbsa, Səndən hansı namərd əsirgəyər can? Qoyuram başımı ayaqlarına, Ey ana torpağım, ey Azərbaycan! Üstünə atəşlər yağan torpağım, Məhəbbət ocağım, ülfət ocağım. Ey mənim hamıya bar verən bağım, Ah çəkmə, buludlar yanar ahından. Ey çörək yerinə yaralar yeyən, Al-əlvan yerinə qaralar geyən, Anam, mehribanım, söylə, nə zaman Qandal açılacaq əl-ayağından? Tarix az görməyib quduranları, Qanlını qan tutar, qandır onları. Ey mənim xalqımın vüqarlı qartalı, Enmə öz zirvənin ucalığından, Ey ana torpağım, ey Azərbaycanım! Geri dön |