Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gəzəngi balı nədir və hansı faydaları var?
Gəzəngi balı nədir və hansı faydaları var? |
Ən yaxşı təbii konservant sayılan balın da götürüldüyü mənbədən asılı olaraq növləri var. Bəs gəzəngi balı haqqında nə bilirik?
Kəpəz TV (Region TV) məlumat verir ki, balın rənginin, ətrinin və dadının müxtəlifliyi onun hansı növ və hansı rəng çiçəklərdən toplanması ilə əlaqədardır. Belə ki, balın rəngi sarı, tutqun və tünd bənövşəyi rəngə qədər müxtəlif çalarlarda ola bilir. Təbii bal 2 cür olur: çiçək və gəzəngi bal. Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Gəzəngi balını isə arılar təbiətdə quraqlıq vaxtı gəlir olmadıqda bəzi bitkilərin yarpaq və gövdələri, yaxud bitkilər üzərində olan həşəratın ifraz etdiyi şirin şirələrdən, mürəbbə və şirin meyvələrdən toplayırlar. Arıçılıq laboratoriyasının elmi işçisi Əli Allahverdiyev deyib: "Bu balın tərkibi nektar deyil. Gəzəngi balı öz mikroelementlərinə görə çox zəngin baldır. Lakin gəzəngi balı arının yuvasında çox olarsa, arını zəhərləyə də bilər. Bəzən zəif insanlar bu balı yedikdə yuxu da tutur. Amma arı da heç vaxt gəzəngi balının üzərini möhürləmir". Əgər arı pətəyi möhürlənmirsə, həmin bal yetişmədiyindən istifadə etmək düzgün sayılmır. Möhürlənmə zamanı isə balda bir sıra proseslər gedir. Ə.Allahverdiyev bildirir ki, möhürlənmə zamanı balda kimyəvi proseslər gedir - fruktoza qlükozaya çevrilir: "Bundan başqa, dabbaq - balın rəngalma prosesi gedir. Tərkibinin durulması prosesi və balın qoxusu formalaşır. Bunun üçün arı özündə mikroiqlimi formalaşdırır". Yetişməyən balın rəngi bulanıq arx suyuna bənzəyir. Bir müddətdən sonra isə balda əks proseslər gedir və bal turşuyur. Belə bal alıcılar tərəfindən də saxta bal kimi qəbul edilir. Geri dön |