Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcü gömrükçülər Azərbaycanda sürətli iqtisadi inkişafdan xeyli məmnundurlar
Gürcü gömrükçülər Azərbaycanda sürətli iqtisadi inkişafdan xeyli məmnundurlar |
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadzeni və Beynəlxalq Əlaqələr Departamentinin rəisi Samson Uridianı qəbul edib.
DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev tarixi köklərə əsaslanan Azərbaycan-Gürcüstan əlaqələrinin hazırkı durumundan məmnunluqla söhbət açıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində iki qonşu, dost ölkə arasında əlaqələrin daha da möhkəmləndiyini və bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Regionda həyata keçirilən irimiqyaslı layihələrin gerçəkləşməsinin xalqlarımızın fıravan gələcəyinə yönəldiyini, Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşməsinə bir töhfə olduğunu vurğulayan Komitə sədri iqtisadi-ticarət münasibətlərindən də söhbət açıb və qeyd edib ki, iki qonşu ölkə arasında müsbət məcrada inkişaf edən əlaqələrin davamlılığını təmin etmək üçün birgə əməkdaşlığımızı daha da gücləndirməliyik. İki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən DGK sədri A.Əliyev qarşılıqlı təcrübə mübadiləsinin, qaçaqmalçılıqla mübarizədə birgə əməkdaşlığın, sərhəd-gömrük buraxılış məntəqələrində vətəndaşların rahat gediş-gəlişinə mane ola biləcək problemlərin yerindəcə həll edilməsinin zəruriliyini diqqətə çatdırıb, gələcək perspektivlərdən bəhs edib. Səmimi qəbula görə DGK sədri A.Əliyevə təşəkkür edən Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi V.Xundadze ilk növbədə Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclasının yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib, Azərbaycana uğurlu səfərindən razılıqla söhbət açıb, respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. Dövlət Gömrük Komitəsinin sədr müavinləri Əsgər Abdullayev və Şahin Bağırovun da iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsi, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılması, qaçaqmalçılığa qarşı birgə mübarizə, ölkəmizdə keçiriləcək PİCARD konfransında Gürcüstan tərəfinin iştirakı və bir sıra digər məsələlər barəsində ətraflı flkir mübadiləsi aparılıb. Geri dön |