Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > ABŞ səfirliyi nə üçün bəyanat verdi? - AÇIQLAMALAR
ABŞ səfirliyi nə üçün bəyanat verdi? - AÇIQLAMALAR |
Son zamanlar ABŞ-la Azərbaycan arasında olan münasibətlərin gərginləşməsinin pərdəarxası səbəbləri nədir? ABŞ-ın Azərbaycandakı səfirliyinin sonuncu – "ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır” mövzulu bəyanatının ortaya çıxmasına əsas nə olub?
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi çevriliş hazırlanması barədə mediada gedən məlumatlarla bağlı bəyanat verib. Bəyanatda deyilir ki, ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır: "Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”. Səfirliyin bəyanatında bu cür ifadələri işlədilməsinin səbəbi iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq, yoxsa bu qaraxaymalara bir cavabdır? Münasibətlərə xələl gətirən qüvvələr kimlərdir? Bu və digər sualları cavablandırmaq üçün Milli Məclis deputatlarına və politoloqa müraciət etdik. Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev ANN.Az-a açıqlamasında ABŞ-Azərbaycan arasındakı münasibətlərin bütün məqamlarda özünü göstərdiyini deyib: "Bir çox dairələr bu münasibətlərə kölgə salmağa çalışır. Xüsusən də erməni lobbisi buna cəhd edir və çalışır ki, Azərbaycanın ABŞ-la, Avropa ilə əlaqələri pozulsun. Amma Azərbaycan tərəfi də bu məsələlərdə çox ehtiyatlı və səbrli davranır”. F.Quliyev əlavə edib ki, bəzən Azərbaycandan asılı olmayan səbəblər üzündən qarşı tərəfin səhvləri, yanlışları olur: "Düzdür, bəzi senatorlar, yerləşmə təşkilatları, ABŞ dövlət məmurlarının mövqeləri olub və bunun qarşılığında biz dəfələrlə onların cavablarını vermişik. ABŞ tərəfi də bu mövqelərin Amerika dövlətinin rəsmi mövqeyi olmadığını bəyan edib. Biz də hesab edirik ki, həm enerji təhlükəsizliyi məsələlərində, həm terrorla mübarizə çərçivəsində, həm də nüvə reaktorları üçün vəsaitin qaçaq yolla aparılması problemlərinin çözülməsində Azərbaycan öz mövqeyini nümayiş etdirib. Və ABŞ tərəfi də Azərbaycanın bu xidmətlərini həmişə görüb”. Deputat ABŞ səfirliyinin sonuncu bəyanatına toxunaraq "əgər "ABŞ Azərabycanda çevriliş hazırlamır” – deyilirsə, bunu normal və başa düşülən bir çıxış kimi qəbul etməliyik. Bu həmçinin ABŞ-Azərbaycan münasibətlərinə qaraxaymalar deyən bəzi diplomatların dediklərinə bir cavabdır. Ümumiyyətlə, səfirin bu açıqlaması ABŞ dövlətini təmsil edir” – bildirib. F.Quliyev ABŞ-Azərbaycan dövlətlərinin şayiələr üzərində idarə olunmadığını da vurğulayıb: "Bu iki dövlət strateji əməkdaşlığa hər zaman maraqlıdır. Hesab edirəm ki, erməni lobbisi və Amerikanın bəzi senatorları bu münasibətlərə heç bir xələl gətirə bilməyəcək”. Orxan Aslanlı Geri dön |