Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyasi məhbuslar tərəfindən Azərbaycan əleyhinə yayılan Bəyanat saxta çıxdı!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Siyasi məhbuslar tərəfindən Azərbaycan əleyhinə yayılan Bəyanat saxta çıxdı!

Siyasi məhbuslar tərəfindən Azərbaycan əleyhinə yayılan Bəyanat saxta çıxdı!


Son günlərdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və İslam İnqilabı Keşikçilər Korpusuna (Sepah) bağlı kütləvi informasiya vasitələrinin ikinci yalanı ifşa oldu.
Xəbər verdiyimiz kimi, keçən günlərdə BBC-farsinin “Pərqar” proqramında Azərbaycan Milli Hərəkatı və türk millətinin tələbləri ilə əlaqədar proqram yayımlandı. Hər zaman panranizm mövqeyini dəstəkləyən BBC-farsi Güney Azərbaycan kütləvi informasiya vasitələrinin ifşaedici etirazlarının nəticəsində vəya öz imicini azda olsa düzəltmək məqsədi ilə ilk dəfə olaraq belə bir proqram yayımladı. Proqramda Güney Azərbaycan və türk millətinin hüquqları və istiqlalından söz açıldı. Bundan sonra ETTELAAT idarəsinə bağlı olan “Azəriha” saytı “Ölkənin yüzlərlə siyasi-mədəni fəalından BBC-nin anti-İran siyasətinə etiraz” başlıqlı yazıda iddia etdi ki, yüzlərlə siyasi-mədəni fəal BBC-nin bu proqramına etiraz edib və İranın bütövlüyünə dəstək veriblər. “Azəriha” saytı yaydığı bəyanatda 1500 fəalın adını çəkərək onların Bəyanatı imzaladığını bildirdi. Keçən xəbərlərimizdə bildirdiyimiz kimi müəyyən faktlarla ETTELAAT idarəsinə bağlı saytın yalanı ifşa oldu.

Növbəti addım da isə İslam İnqilabı Keşikçilər Korpusuna bağlı olan bir neçə sayt bəyanat yayaraq anti-Azərbaycan mövqelərini bir daha ortalığa qoydular. Onlar bir qrup siyasi məhbusun adından “İranın bir qrup siyasi məhbusundan Britaniya dövlətinə etiraz: İranın milli hakimiyyəti qətiyyən bölünə bilməz” başlıqlı bəyanat yayaraq iddia ediblər ki, aşağıda qeyd olunan siyasi məhbuslar –hansıki aralarında solçu azərbaycanlılar da bulunur- BBC-nin bu proqramına etiraz ediblər. Lakin anti-Azərbaycan saytlarının bu xəbərinin də yalan olduğu üzə çıxdı.

Siyasi məhbuslar belə bir Təkzibiyyə ilə çıxış ediblər:

“Eşitdik ki, bəzi saytlarda “İranın bir qrup siyasi məhbusundan Britaniya dövlətinə etiraz: İranın milli hakimiyyəti qətiyyən bölünə bilməz” başlığı ilə bəyanat yayılıb və bəyanatın altında bizim adımızı imza sahibləri kimi dərc edilib. Biz inanırıq ki, belə şübhəli hərəkətlər siyasi mübarizlərin arasına nifaq salmaq məqsədi güdür və bunu edənlərin pis niyyəti var.

Beləliklə bu məzmunla yazılan hərhansı bir bəyanatı təkzib edir və bu etikadan kənar və şübhəli əməli məhkum edirik.”

Siyasi məhbuslar:

Fərid Azmude, Əmir Əmirqulu, Soheyl Babadi, MəhəmmədHüseyn Brucerdi, Məhəmməd Cərrahi, İrəc Hatəmi, Xalid Hərdani, Rəsul Hərdani, Şahrux Zamani, Mehdi Fərahi, Səid Şirzad, Əlirza Fərahani, Saleh Kohəndel, Piruz Mənsuri, Misaq Yəzdannejad.

Geri dön