Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizin Acı Çayı bərbad vəziyyətdə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizin Acı Çayı bərbad vəziyyətdə

Təbrizin Acı Çayı bərbad vəziyyətdə


Şərqi Azərbaycan valisinin abadlaşdırma işləri üzrə müavini gündəlik 400 sulu palçıq daşıyan yük maşınının Acı Çaya boşaldılması və gündəlik 70 ton kanalizasiya tullantılarının bu çaya tökülməsi ilə bağlı danışarkən bunları xatırladıb:
“Təəssüflə iddia etdiyimiz birincilər şəhərində (Təbriz şəhəri nəzərdə tutulur) zibili boşaltmaq üçün yer tapılmır və hələ də zibillər ənənəvi şəkildə basdırılır, bu isə bizə yaraşmayan bir haldır.”

Purmehdi “Fars” xəbər agentliyi ilə danışıqda əlavə edib ki, hər halda zibillərin boşaldılması üçün bir neçə yer nəzərdə tutmuşuq. Qərara əsasən, 2 həftə ərzində son qərar veriləcək və sulu palçıqlar da zibillərlə birlikdə təyin ölünmüş yerə boşaldılacaq.”

Purmehdi əlavə edib ki, “biz bu işə olduqca ciddi yanaşırıq. Ətraf-Mühit idarəsi və valiliyin şəhərlər üzrə baş müdiri də bu işlə maraqlanır. Problemi həll etmək üçün hətta məhkəmə orqanlarından da istifadə edə bilərik.”

Qeyd edək ki, Güney Azərbaycanın bir çox şəhəri kimi Təbrizin də ekoloji və ətraf-mühit vəziyyəti son zamanlar ciddi nigaranlıqlara səbəb olub. Yerli məsullar dəfələrlə bu vəziyyətdən xüsusi ilə də Acı Çayın acınacaqlı durumu və Urmu gölü böhranından şikayətləniblər, lakin bu istiqamətdə hərhansı bir addımın atılması müşahidə olunmur.

Geri dön